• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 sentyabr 2018-ci il

    22 sentyabr 2018-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayevanın solo konserti keçirilib.

    Pedaqoji elmlər namizədi, Əməkdar müəllim, Professor, Nərminə xanım Quliyevanın sinifində təhsil alan tələbənin müraciət etdiyi musiqi repertuarı bütün dinləyicilər tərəfindən olduqca maraqla qarşılanıb. Belə ki, ifaçı W.A.Mosart- Sonata KV457,c-moll, F.Şopen-Skerso № 2 op.31, F.Şopen-Böyük parlaq polonez,op.22, Qara Qarayev- “Eskiz”, S.Prokofyev- Sonata № 2 op.14, d-moll kimi texniki imkanları çətin olan musiqi parçalarını ifa edib.

    Qeyd edək ki, pianoçunun məlahəti, müxtəlif rəngli səslər ilə ifası, fortepiano “rənglərinin” zəngin palitrasının sahibi olması, başqa sözlə desək, musiqi əsərlərinin bədii tələblərini yerinə yetirməsi kimi bir çox yüksək nüansları özündə cəmləşdirməsi onun peşəkar və parlaq ifaçı olduğunu bildirir.

    Repertuar üzərində ki, iş prosesinin, müəllimin yaradıcı vəzifəsinin və fəaliyyətinin güclü təsiri nəticəsində tələbənin növbəti solo konserti gur alqışlar ilə uğurla sona çatıb.