• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 sentyabr 2018-ci il

    21 sentyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qarabağa gedən yol” adlı layihəsi keçirilib.

    Azərbaycan Dövlət Fortepiano triosunun (Əməkdar artistlər: Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (violin), Səbinə İbrahimova (cello), Xalq artisti Gülnaz İsmayılova (soprano)) ifasında Üzeyir Hacıbəyli “Aşıqsayağı”, “Sənsiz”, Tofiq Bakıxanov “Trio”, Müslüm Maqomayev “Nərgiz” operasından Nərgizin ariyası, Asəf Zeynallı “Ölkəm”, Vasif Adıgözəlov “Bakı”, Aqşin Əlizadə “Hüzn valsı”, Süleyman Ələsgərov “Romans”, Elza İbrahimova “Trio”, Niyazi “Arzu”, Fərhad Bədəlbəyli “Şuşa”, Fikrət Əmirov “Azərbaycan Elləri”, Qara Qarayev “Vals” kimi Azərbaycan bəstəkarlarının zəngin yaradıcılığından olan musiqi parçaları səslənib.
    Müraciət olunan musiqi repertuarı bütün dinləyiclər tərəfindən rəğbət hissi ilə qarşılanaraq gur alqışlar ilə sona çatıb.