• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 sentyabr 2018-ci il

    19 sentyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı dinləyicilərə təqdim edilib.

    “Üzeyir Hacıbəylinin musiqisi əbədidir” adlı konsertdə Azərbaycan Televiziya və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (Dirijorlar: Faiq Sadıqov və Mustafa Aşurov) müşaiəti ilə solistlər: Gülnaz İsmayılova, Cahangir Qurbanov, Afaq Abbasova, Nərgiz Kərimova, Fərid Əliyev, İlahə Əfəndiyeva, Kazım Fəxri-Nicat, Bəsti Qasımova, Anar Şuşalı, Pərviz Qasımov, Ayşən Mehdiyevanın bənzərsiz ifalarında görkəmli bəstəkar Ü.Hacıbəylinin zəngin yaradıcılığından olan musiqi parçaları- (“Koroğlu” operasından Uvertüra, Koroğlunun ariyası, Nigarın ariyası, “Arşın mal alan” operettasından Əsgərin ariyası, Əsgər və Gülçöhrənin dueti, Qızların rəqsi, “Şəfqət bacısı”), M.Maqomayev “Nərgiz operasından Nərgizin ariyası, RV-B (Radio marşı), F.Əmirov “Şeyx Sənan” tamaşasından Kor ərəbin mahnısı yüksək peşəkarlıqla dinləyicilərə çatdırılaraq gur alqışlar ilə sona çatıb.