• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 sentyabr 2018-ci il

    Sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

    Festival çərçivəsində keçirilən növbəti konsert proqramı 19 sentyabr 2018-ci il tarixində “Gələcəyə inam” müasir musiqi layihəsi Ü.Hacıbəylinin adını daşıdığı musiqi ocağı Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas Fortepiano kafedrasının Professoru, Əməkdar İncəsənət xadimi Ülviyyə Hacıbəyova solist qismində çıxış edərək Nazim Əliverdibəyovun “Bayatı Şiraz”, Əfrasiyab Bədəlbəylinin “Vals”, Firəngiz Əlizadənin “Fortepiano üçün musiqi”, İqor Stravinskinin “Reqtaym” və digər musiqi nümunələrini səsləndirib. Konsert gur alqışlar ilə sona çatıb.