• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 iyul 2018-ci il

    7 iyul 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akadmiyasının İfaçılıq fakültəsinin dekanı, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə haqqında "TƏK QALMAQ İSTƏMƏYƏN İLK" adlı veriliş təqdim olunub.

    Onun ömründə çoxlu ilk var.
    Azərbaycanın öz millətimizdən olan ilk qadın vilolonçel ifaçısı.
    Azərbaycan Dövlət Konservatoriyasının, indiki Musiqi Akademiyasının Simli alətlər kafedrasının ilk azərbaycanlı qadın vilolonçel müəllimi.
    Həmin kafedranın vilonçel ifaçısı və müəllimi olan ilk qadın professoru.
    Bu baş musiqi təhsili ocağımızda ən əsas tədris qurumlarından sayılan ifaçılıq fakultəsinin ilk vilonçelçi qadın dekanı.
    Gününə görə yalnız Azərbaycanda deyil, oçağıkı nəhəng sovet məkanında dəfələrlə uğurlu çıxışlar etmiş və rəğbətlər qazanmış, 1965-ci ildə yaradılan ilk “Qadınlar kvartetinin” aparıcı solisti olmuş, bəstəkarlarımızın kamera musiqisini 1960-70-ci illərdə SSRİ məkanında layiqincə təqdim etmiş mahir vilonçel ifaçısı.
    Azərbaycan diində violonçel ifaçılığı və metodikasına aid ilk dərsliklərin müəllifi...
    Bütün bu ilklərin hamısı 2018-in bu iyul günlərində növbəti ad gününün astanısında dayanan şəfqətli insan və sənətkar, professor Nəzmiyyə Abbaszadəyə aiddir.
    İlklər Nəzmiyyə xanımın taleyinə yazılıbmış.
    Amma o yalnız ilklərə imza atan kimi qalmaq istəmədi, şöhrət nə qədər könüloxçayan olsa da, Nəzmiyyə tək olmaq istəmədi.
    Onillər boyu ona evi qədər doğma olan konservatoriyada yeni-yeni istedadlı violonçel ifaçıları nəsillərini yetişdirməklə məşğul oldu.
    Violonçel çalan Azərbaycan qəzlarının sayı artmağa başladı, onların xoş sədası böyük konsert salonlarından, efirlərdən, dünyanın ən mötəbər sənət müsabiqələrindən qaliblər kimi gəlməyə başladı.
    ...Bəlkə də bu bir təsadüf imiş.
    Ancaq mən həmin təsadüfdə xüsusi rəmz görürəm.
    Nəzmiyyənin atası, gəncliyində musiqi təhsili alsa da, sonra yolunu dəyişmiş, mühəndislik etmiş Müzəffər Sultanzadənin köhnə skripkası evdə qalırmış.
    Hərdən ovqatının duru vaxtında skripkasını köksünə sıxıb çalarmış.
    Müzəffər Sultanzadə, musiqi texnikumunda dərs aldığından təbii ki,Qərb bəstəkarlarının skrikpa üçün yazdığı gözəl əsrələri əzbər bilirdi. Fəqət ahıl çağlarında onu həzin axşamlarda skripka çalmağa sövq edən ürək idi.
    Və Müzəffər hansısa bəstəkar əsərini deyil, həmişə muğam çalardı.
    Və rəmz dediyim də odur ki, skripkasının yanında ayrıca yayı olmadığından Müzəffər kişi qızı Nəzmiyyənin yayını götürüb çalarmış.
    Bu yay sanki körpü idi.
    Atanın musiqiyə sevgiləri, başacan olmayan musiqiçi taleyi, ilə istəkli balasının ta ömrün sonunacan musiqyıə ötəcək, vilolonçelə bağlı olacaq yolu və taleyi arasındakı körpü...

    İyul ayının 8-də saat 21.30-da və iyulun 10-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənən “Axşam görüşləri” verilişi görkəmli musiqici və pedaqoq, əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə həsr edilib.

    Rafael Huseyn

     Video