• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul 2018-ci il

    Nuranə Zeynalovanın “Birgə çalaq” ansambl üzrə yeni dərs vəsaitinin təqdimat-konserti keçirilmişdir.

    2 iyul 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında ixtisas fortepiano kafedrasının və orta ixtisas musiqi məktəb-studiyasının fortepiano şöbəsinin müəllimi Nuranə Zeynalovanın fortepiano ansamblı üzrə tərtib etdiyi “Birgə çalaq” adlı yeni dərs vəsaitinin təqdimatı keçirilmişdir. Bu dərs vəsaiti Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuşdur.

    Tədbirin aparıcısı BMA-nın məktəb-studiyasının elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova müəllifin yaradıcılığından bəhs edərək, dərs vəsaiti haqqında məlumat verdi.

    Nuranə Zeynalova təqdimatda iştirak edənləri Azərbaycanda fortepiano ansamblının inkişaf tarixi, bu sahədə yeni istiqamətlər və tendensiyalarla, eyni zamanda bu vəsaitə daxil edilmiş metodik və ifaçılıq yenilikləri ilə tanış etdi (etüd və məşğələlərin ansambl ifası, Respublikada ilk dəfə çap olunan bəstəkarın əsərləri, əsərlərin sadədən mürəkkəbə doğru xronologiyası və s.). Yeni dərsliyə 35 bəstəkarın 70-ə yaxın əsəri yerləşdirilmişdir. Dərsliyin İSBN indeksi beynəlxalq standartlara uyğundur.
    Daha sonra məktəb-studiyanın baş elmi işçisi Elmira Mustafayeva çıxış edərək məktəb-studiyanın rolu və onun elmi-metodik, elmi-ifaçılıq, analitik və intellektual innovasiyalı metodlarının N.Zeynalovanın yeni dərs vəsaitində əks olunmasını çox dəqiqliklə izah etdi. Məktəb-studiyanın məzunu və bu məktəbin yaradıcısı Tərlan Seyidovun tələbəsi olaraq N.Zeynalova təbii olaraq özünün həm pedaqoji, həm də elmi işində onun prinsip və metodlarına əsaslanaraq ansambl nömrələrin bəstəkarları haqqında məlumatlar, əsərlərin qısa təhlillərini də yerləşdirmişdir.

    Təqdimatın sonunda N.Zeynalovanın ansambl sinfinin şagirdləri beynəlxalq və respublika müsabiqələr laureatları Zərrin Şükür və İlknur Zeynalov, Mədinə İbrahimova, Humay Nəbiyeva, Aydan Xanhüseynzadə, Tasurə Hüseynova, Ayan Həsənova, Zeynəb Qarayeva, Səriyyə Məmmədova yeni dərs vəsaitindən bir çox əsərləri ifa etdilər.

    Müəllif Nüranə Zeynalova bütün iştirak edənlərə, xüsusən də Aytən İbrahimovaya bu tədbiri çox emosional və maraqlı keçirilməsində dəstəyinə görə ürəkdən təşəkkürünü bildirdi.

    Məktəb-studiyanın mətbuat xidməti

     

    Состоялась презентация нового учебного пособия «Играем вместе» Нураны Зейналовой.

    2 июля 2018-го года в Малом зале Бакинской музыкальной академии имени Узеира Гаджибейли состоялась презентация нового учебного пособия для занятий в классе фортепианного ансамбля, составленного педагогом кафедры специального фортепиано БМА и фортепианного отдела школы-студии БМА Нураны Зейналовой. Выход данного учебного пособия был приурочен к знаменательной дате – 100-летию создания Азербайджанской Демократической Республики.

    Нурана Зейналова ознакомила присутствующих с историей развития фортепианного ансамбля в Азербайджане, новыми направлениями и тенденциями в этой области, а также с методическими и исполнительскими новшествами, внесёнными в данное пособие (ансамблевое исполнение этюдов и упражнений, ряд новых авторов, чьи ансамблевые произведения прежде не издавались в Республике, точное следование хронологии увеличения сложности исполнения произведений и т.д.). В новое пособие вошли около 70 ансамблей 35 композиторов. Индекс учебника İSBN соответствует международному стандарту.

    Выступившая затем старший научный сотрудник школы-студии Эльмира Мустафаева очень точно проанализировала роль школы-студии и инновационные методы её работы – научно-методические, научно-исполнительские, аналитические и интеллектуальные, которые нашли своё воплощение в новом учебном пособии Н.Зейналовой. Сама выпускница школы-студии, затем студентка создателя этого учебного заведения – профессора Тарлана Сеидова, она, естественно, и в своей педагогической и научной работе следовала его принципам и методам, предваряя каждый ансамбль сведениями о композиторе, его написавшем, и кратким анализом самого произведения.

    В завершающем презентацию концерте ученики класса фортепианного ансамбля Н.Зейналовой лауреаты республиканских и международных конкурсов Илкнур Зейналов и Заррин Шукюр, Медина Ибрагимова, Хумай Набиева, Айдан Шахгусейнова, Тасура Гусейнова, Аян Гасанова, Зейнаб Гараева, Сария Мамедова исполнили многие произведения из нового пособия.

    Автор Нурана Зейналова сердечно поблагодарила всех присутствующих, и особенно ведущую этого мероприятия научного сотрудника школы-студии БМА, доктора философии по искусствоведению Айтен Ибрагимову, которая помогла провести его интересно и эмоционально.


    ПРЕСС-служба школы-студии БМА

     

     

    MUSİQİNİ “BİRGƏ ÇALAQ” – BİRGƏ DUYAQ
    Nuranə Zeynalovanın dərs vəsaitinin təqdimatı

    2 iyul 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano kafedrasının və orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Nuranə Zeynalovanın “Birgə çalaq” ansambl üzrə dərs vəsaitinin təqdimat-konserti keçirilmişdir. Dərslik Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf edilmişdir. Tədbir iki hissədən ibarət idi: dərs vəsaitin təqdim olunması və vəsaitin musiqi nömrələrindən ibarət konsert proqramı. Tədbirin giriş hissəsində BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova çıxış edərək müəlliflə bağlı maraqlı məlumatlar, dərs vəsaiti haqqında öz fikirlərini bildirdi. O, vurğuladı: “BMA-nın məktəb-studiyasının fəaliyyəti çoxşaxəlidir. Bu məktəb həm şagirdlər üçün tədris əsası, həm tələblər üçün təcrübə bazası, həm elmi-eksperimental laboratoriyadır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov tərəfindən əsası qoyulan və onun rəhbərliyi ilə 40 ilə yaxındır fəaliyyət göstərən məktəb-studiya bir sıra innovasiyalara imza atmışdır. Həmin innovasiyalarla zəngin olan növbəti dərs vəsaiti Zeynalova Nuranə tərəfindən təqdim edilir. Nuranə Bakı Musiqi Akademiyasını həm fortepiano, həm də bəstəkarlıq ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərindən o, çox çalışqan və məqsədyönlü olmuş və təqdim edilən dərs vəsaiti də onun yaradıcılığının dəyərli məhsuluna çevrilmişdir. “Birgə çalaq” – dördəlli ifa üçün nəzərdə tutulmuşdur, bu da ifaçıları birgə ifaya – ansambla öyrədir, bir-birini dinləməyə, duymağa kömək edir. İnanırıq ki, bu kitab həm müəllim, həm şagirdlərin masaüstü kitabına çevriləcək”.

    Təqdim olunan dərs vəsaitinin müəllifi Nuranə Zeynalova öz çıxışında əvvəlcə fortepiano ansamblı ifaçılığının və metodikasının Azərbaycanda inkişaf yollarına nəzər salaraq dərsliyin yeni xüsusiyyətləri barədə məlumat verdi. O qeyd etdi ki, bir çox əsərlərin metodik-ifaçılıq baxımından izahatları yerləşdirilmiş, Azərbaycanda tanınmayan bir çox bəstəkarların əsərləri də dərsliyə daxil edilmiş, onların yaradıcılığı və fəaliyyəti barədə maraqlı məlumatlar da verilmişdir.

    Ümumilikdə, dərslikdə 35 bəstəkarın ansambl üçün nəzərdə tutulmuş əsərlərinə müraciət olunaraq 70-ə yaxın nömrə yerləşdirilmişdir. Dərslik İSBN beynəlxalq standart nömrəlidir.

    Orta ixtisas musiqi məktəb-studiyasının baş elmi işçisi Elmira Mustafayeva isə öz maraqlı çıxışında bildirdi ki, professor Tərlan Seyidovun rəhbərlik etdiyi orta ixtisas musiqi məktəb-studiyasında hər zaman yeni, innovativ metodlar, yeni layihələr həyata keçirilir. Dərs vəsaitləri, yeni nəşrlər təqdim olunur. Gənc olmasına baxmayaraq, N.Zeynalovanın təqdim etdiyi dərs vəsati də metodik baxımından olduqca əhəmiyyətlidir. Elmira xanım bu vəsaitin müəllifin pedaqoji təcrübəsinə əsaslanaraq meydana çıxmasını vurğulayaraq dərsliyin tətbiq olunmasını tövsiyə etdi.

    Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Yeganə xanım Axundova öz çıxışında müəllifə ürək sözlərini ünvanlayaraq onu təbrik etdi. Tədbirin konsert hissəsində Nuranə Zeynalovanın hazırladığı şagirdlərinin ansambl ifaları çox maraqla qarşılandı. Konsertdə məktəb-studiyanın şagirdlərindən Mədinə İbrahimova, İlknur Zeynalov, Humay Nəbiyeva, Zərrin Şükür, Aydan Xanhüseynzadə, Tasurə Hüseynova, Ayan Həsənova, Zeynəb Qarayeva, Səriyyə Məmmədovanın parlaq çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılandı. Bir çox musiqi nömrələrində ikinci royalda Nuranə Zeynalova hazırladığı şagirdləri özü müşayət edirdi.

    Konsertdə İ.S.Bax, A.Leşhorn, M.Moşkovski, H.Mançini, M.Morozov, L.Bokkerini, V.Daşkeviç, D.Şostakoviç, K.Debüssi, D.Van Dam, T.Quliyev, A.Məlikovun fortepiano duetləri səslənmişdir.

    Sonuncu əsər Didyer Van Damın “Avropa üçün Adajio”su istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Zərrin Şükür və Nuranə Zeynalovanın ifasında ilk dəfə səslənərək dinləyicilərin böyük marağına səbəb oldu. Qeyd etməliyik ki, Didye Van Damın “Avropa üçün Adajio” əsərinin bu sadələşdirilmiş fortepiano dueti N.Zeynalova tərəfindən dərs vəsaitinə də daxil edilmişdir.

    Tədbirin sonunda konsertdə çıxış edən bütün şagirdlərə dərs vəsaitinin müəllifi Nuranə Zeynalova tərəfindən təşəkkürnamələr təqdim olundu. Müəllif, məktəb-studiyanın direktoru Tərlan Seyidova, direktor müavini Sevda Məmmədovaya və bütün zəhməti keçən müəllimlərə – Elmira Mustafayeva, Ayşə Əliyeva, Nərgiz Mansurova, Nərminə Əliverdizadəyə öz minnətdarlığını bildirdi, xüsusən də, tədbiri maraqlı, səmimi və emosional apardığına görə Aytən İbrahimovaya da təşəkkür etdi.

    Rəna MƏMMƏDOVA
    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi