• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 iyun 2018-ci il

    25 iyun 2018-ci il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında məzun günü keçirilib.

    Tədbir List-simfonik prelüdü ilə başladı.

    Ön sözlə məzunları və qonaqları salamlayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRI və Azərbaycan xalq artisti, dünya şöhrətli pianoçu, Professor Fərhad Bədəlbəyli çıxış edərək ən xoş arzularını söylədi.

    Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti,BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək bütün məzunları təbrik etdi və tədbiri açıq elan etdi. Ardınca səhnəyə bakalavr pilləsini musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzun Tamilla Sadıqbəyli dəvət olunaraq tələbələr adından bütün müəllimlərə təşəkkürünü bildirdi.

    Tədbir Məzunların kiçik konserti ilə davam etdi. Tədbirin əvvəlində Bakı Musiqi Akademiyasının “Lumineux” vokal-xor ansamblının ifasında Kixoye. Flow water (flau uote) (Bədii rəhbər: baş müəllim Naala Barateliya) dinlənildi.

    Daha sonra A.Skryabin. 2 poema op.32 (ifa etdi: Magistr pilləsini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzun beynəlxalq müsabiqələr laureatı Tofiq Şıxıyev), Farrenk. Fleyta, violonçel və fortepiano üçün trio (III hissə) (İfa edirlər: Magistr piləssinin fleyta ixtisası üzrə bitirən məzun Mirxalid Məmmədzadə, Fortepiano fakültəsini fərqlənmə diplomu ilə bitirən məzun, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Vüsalə Babayeva, II kurs tələbəsi Orxan Hüseynov ), A.Zeynallı Muğamsayağı (İfa edirlər: Simli alətlər ixtisası üzrə magistr pilləsini bitirən məzun Şahmar İbrahimov, magistr pilləsini fərqlənmə diplomu ilə bitirən məzun Əşari Pərvin ), Bəstəkarlıq ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirən məzun Roya Hüseynovanın simli kvarteti (I hissə)( İfa edirlər: Simli alətlər ixtisası üzrə magistr pilləsini bitirən məzun Şahmar İbrahimov, magistr pilləsini fərqlənmə diplomu ilə bitirən məzun Şəms Ağazadə, magistr pilləsinin I kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ziba Rəcəbli, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Eyyub Əliyev), T.Quliyev. Azərbaycan (İfa edir: Tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisası üzrə bitirən məzun, Respublika müsabiqəsi laureatı Orxan Cəlilov, Müşayiət edir: Tofiq Şıxıyev), F.Bədəlbəyli Prelüd (Niyaziyə ithaf) (İfa edir: Fortepiano fakültəsini bitirən məzun, beynəlxalq müsabiqələr laureatı Vüsal Aydəmirov), Astor Piazzolla. Fuqa-misterio (İfa edirlər: Fortepiano fakültəsini fərqlənmə diplomu ilə bitirən məzun Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Minirə Nəcəfzadə, Fortepiano fakültəsini bitirən məzun beynəlxalq müsabiqələr laureatı Cavid Əzizov, Magistr pilləsini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzunlar, beynəlxalq müsabiqələr laureatları Tofiq Şıxıyev, Nilufər Cəfərli ) əsərləri səsləndi.

    Tədbirin sonunda bütün məzunlara diplomlar təqdim edildi.