• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 iyun 2018-ci il

    11 iyun 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasının səhnəsində “Solo oxuma və opera hazırlığı” kafedrasının IV kurs tələbələri – Qarayev Atəş (tenor) və Ələkbərov Fərhadın (bariton) Dövlət İmtahanı keçirilib.

    Konsert səciyyəsi daşıyan imtahanda Q.Atəş Cuzeppe Verdinin “Riqoletta” operasından Hersoqun partiyası ilə çıxış edib. Musiqi səhnələrində (Rejissor Zeynəb Safina, dirijor Xalq Artisti Cavanşir Cəfərov, xormeystr Xalq Artisti Gülbacı İmanova) həmçinin Cildanın ariyası, Hersoqla Cildanın dueti və geniş xor səhnələri səsləndirilib.
    Qeyd edək ki, Ələkbərov Fərhad isə Donizettinin “Məhəbbət eleksiri” operasından (Rejissor Elvin Mirzəyev, dirijor Xalq Artisti Fəxrəddin Kərimov, xormeystr Xalq Artisti Gülbacı İmanova) Dulkamarenin ariyası və səhnəsi ilə çıxış edib.