• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyun 2018-ci il

    2 iyun 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında konsert keçirilib.


    Konsertdə “Metodika və pedaqoji hazırlıq” kafedrası müəllimlərinin - A.Hüseynova, A.Rzayeva, M.Tuayeva, N.Məlikova, F.Sultanova, Ş.Rəsulova, Z.Qarayeva, A.Məmmədova, Y.Taptığova, N.Babayeva, S.Mustafayeva, F.Nəsibovanın sinfində təhsil alan tələblərin şagirdləri çıxış ediblər.

    Qeyd edək ki, hazırlıq bölməsinin şagirdləri Atakişiyev Turqut (tələbə: Abdullayeva Könül-IV kurs), Canbaxışova Duru (tələbə: Əzizov Cavid-IV kurs), İsmayılova Cahan (tələbə: Qasımova Mehriban-IV kurs), İsmayılova Aydan (tələbə: Qasımova Mehriban-IV kurs), Yusifova Arzu (tələbə: Ağazadə Aytac-III kurs), Fərhadzadə Nabat (tələbə: Camallı Məryəm-II kurs), I sinif şagirdləri Məmmədov Maqi (tələbə: Əziziov Ceyhun-II kurs), Əsədova Fəridə (tələbə: Fərmanova Fidan-III kurs), Nəcəfova Dilbər (tələbə: Möminat Şibliyeva-II kurs), Nəcəfov Telman (tələbə: Camallı Məryəm-II kurs), Məmmədoa Arzu (tələbə: Möminat Şibliyeva-II kurs), Rəsulzadə Tomris (tələbə: Qasımlı Şəlalə-IV kurs), Əliyeva Nərgiz, Mehdiyeva Ənvər (tələbə: Ağazadə Aytac-III kurs), Əliyev Davud (tələbə: Məmmədova Leylaxanım-IV kurs), Burziyeva Aişə, II sinif şagirdləri Əliyev Maqsud (tələbə: Məmmədova Leylaxanım-IV kurs), Qurskaya Teymuraz (tələbə: Məmmədova Leylaxanım-IV kurs), Eyvazadə Turqut (tələbə: Orxan İbrahimov-II kurs), Tasib Teoman (tələbə: Manafzadə Atabala-III kurs), Əliyeva Amaliya (tələbə: Mirqulamlı Xədicə-II kurs), Zeynalov Çingiz (tələbə: Camallı Məryəm-II kurs), Hüseynova Leyla (tələbə: Əliyeva Aytən –III kurs), Səmədli Cəmilə (tələbə: Ələkbərli Fəridə-IV kurs), III sinif şagirdləri Əlizadə Sevil (tələbə: Ələkbərli Əsmər-II kurs), Taptığova Fəridə (tələbə: Hüseynova Orxan və Quluzadə Təhminə-II kurs), İbrahimli Məlahət (tələbə: Rəhimova Günel-III kurs) və Həsənli Suqra müxtəlif musiqi repertuarına müraciət edərək peşəkarlıq ilə çıxış ediblər.

    Proqramda S.İbrahimova “Kiçik pianist”, A.Prima “Oxu-Oxu”, Artobolevskaya “Yağış”, Kabalevskaya “Mahnı”, İngilis xalq mahnısı “Mery Had”, L.Bethoven “Alman rəqsi”, S.Rüstəmov “Gül”, Stüart “Rektaym”, D. Poulton “Tender”, Ü. Hacıbəyli “Beşik nəğməsi”, Q. Qarayev “Kiçik rəqs”, F. Əmirov “Skertso”, Motsart “Yumoreska”, Dvorjak “Caz etüdü”, Paxelbel “Kanon” və s əsərlər səslənib.