• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2018-ci il

    22 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının kiçik zalında “Konsertmeyster ustalığı” kafedrasının dosentləri A.Aşumova və K.Sədirxanovanın tələbələrindən ibarət sinif konserti keçirilib.

    Konsert Ümumilli lider H.Əliyevin 95 illik yubleyinə həsr edilib. Solistlər Yevqeniya Məmmədova (vokal), Aynur İskəndərli (vokal), Tural Quliyev (truba), Səid Bağırzadə I kurs (klarnet), Seyid Səmədov I kurs (klarnet) ifasında Azərbaycan, rus və xarici bəstəkarlarının müxtəlif janrlardan ibarət – vokal və instrumental əsərləri səsləndirilib. Konsert gurultulu alqışlarla və müvəffəqiyyətlə başa çatıb. Konsertdə iştirak edən “Konsertmeyster ustalığı” kafedrasının professor-müəllim heyəti tələbələrin yüksək hazırlıq səviyyəsini müsbət rəylə qiymətləndiriblər.