• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2018-ci il

    26 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının tələblərindən ibarət sinif konserti keçirilib.

    Qeyd edək ki, konsertdə BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri çıxış edib.

    Sinif konsertində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin (Aslanova Safura, Ələsgərova Şeyda, Abdullayeva Günel, Əliyeva Nərmin, Məmmədova Leylaxanım, Əliyev Rəşad, Əsgərzadə Mürsəl, Quliyeva Zöhrə, Abdullayeva Nərgiz, Mustafayeva Arzu, İbrahimli Samirə, Cəfərli Nərmin, Həşimli Aytən, Nurizadə Ədilə, Eminova Nərgiz, Mehtiyeva Gülər) və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdlərinin (Şükürova Pərvanə, Hüsenli Nuray, Cəfərli Humay, Əlizadə Şüküfə, Seyidzadə Cəmil, Vəliyeva Fidan, Nəbiyeva Humay, Abdullayev Nurəddin, Abdullayev Rəşad, Bədəlbəyli Hüseyn, Məmmədova Sara, İslamov Aslan, Taptıqova Fatimə) ifasında Nazim Əliverdibəyov - Elegiya , F.Şopen – Noktürn, Q.Qarayev – Aldonsa, Djoplin – “İnterteymer”, P.İ.Çaykovskiy – “Qədim fransız mahnısı”, Qrinko – Vals, Q.Qarayev –Vals, İ.Abdullayev –Payız, Q. Qarayev –Prelüdlər 5,6, Elmira Nəzirova – Prelüd 4, F.Şopen – Noktürn e moll, V.Adiğözəlov - Prelüd, Q.Qarayev – “Don Kixot” simfonik qravürdan - Səyahət”, Darqomıjskiy – “Я все ещё тебя люблю”, Şopen –Polonez, F.Əmirov – “Çeşmə başında”, V.Adıgözəlov – “Bakı haqqında mahnı” əsərləri yüksək peşəkarlıqla səslənib.