• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 may 2018-ci il

    19 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının təşkilatçılığı ilə Caz musiqisi konserti keçirilib.

    Konsertdə tələbələrin (Zeynalov Əli, Abdullayev Nurəddin, M.Aylin, Məmmədli Jasmin, Mehtiyeva Gülər, Mahmudova Aytac, Vəliyeva Fidan, Sanova Elmara, Nəcəfova Aytac, Verdiyeva Qönçə, Abasbəyli Nəzrin, Lətifova Təhminə, Nəcəfova Aytac, Heseynzadə Fatimə, Əlizadə Şüküfə) ifasında Q.Qarayev “Eskiz”, Ennio Morrekoni “Glaying Love”, R.Qasımov -“Caz kompozisiyası”, Mişel Leqran “Я буду ждать тебя”, “Mani-mani”, Dvorjak – Etüd, Peterson “Caz etüdü”, Gerşen – “Мой любимый”, “Острый ритм”, İlham Abdullayev “Payız”, Q.Qarayev “İnsan məskan salır” filmindən, “Somebody loves me” caz kompozisiyası, Villiam Gillock – “Köhnə Vyana”, Gülnarə Səfəsəliyeva “Reqtaym” əsərləri yüksək peşəkarlıqla dinləyicilərə təqdim edilib.