• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2018-ci il

    30 may 2018-ci il tarixində Bakı şəhəri T.Həsənov adına 23№-li tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib.

    Konsertdə ilk öncə Beynəlxalq əlaqələr və Tərbiyə işləri üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova ön söz ilə çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə zalda əyləşən bütün uşaqları səmimi qəlbdən təbrik edərək onlara şən həyat, səadət və xoşbəxt gələcək arzulayıb.

    Bunun ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri və tələbələrinin iştirakı ilə konsert proqramı başlayıb. Qeyd edək ki, orkestrin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylidir. Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində İsgəndər Dadaşov, Kərimli Teymur, Babayeva Ceyla, Xalilova Aysu, Fərid Məmmədli, Beqlyarova Firuzə, Kostenko Fatimə, Axundov Fəxri, Seyidova Ləmanın ifasında Foqle “Simli orkestr və f-no üçün do major konsert”, Şmidt “Caz etüd”, H.Klassen “Musiqi eskiz № 13”, Skripka və orkesrti üçün “O sole mio”, P.Çaykovki “İlin fəsilləri” silsiləsindən “İyun”, F.List “F-no və orkestr üçün 3 saylı noktrün”, T.Quliyev “Popurri”(tar və f-no üçün), Gilok “Vals-etüd”, Debüssi “Маленький негретенок” (f-no və orkestr) əsərləri yüksək səviyyədə səslənib.

    Konsertin sonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Chamber” Gənclər Kamera Orkestrinin ifasında (dirijor Əməkdar artist Fuad İbrahimov) A.Əlizadə “Cəngi”, Q.Qarayev “Rəqs”, Niyazi “Qaytağı” əsərləri peşkarlıqla ifa olunub.

    Konsertdə dinləyicilərə təqdim olunan musiqi nömrələri bütün auditoriya tərəfindən maraq hissi ilə qarşılanaraq gur alqışlar ilə sona çatıb.