• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 may 2018-ci il

    29 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xarici tələbələrinin konserti keçirilib.

    Artıq ənənə halını alan konsertdə xarici tələblərin ifasında rəngarəng musiqi nömrələri dinləyicilərə təqdim olunub. Belə ki, tələbələr - Qazaxıstan Respublikası vətəndaşı, fortepiano fakültəsinin II kurs tələbəsi Könül Məmmədova – Albenis “Kordova” (müəllim: baş müəllim Nərgiz Salmanlı), İran İslam Respublikası vətəndaşı, ifaçılıq fakültəsinin klarnet ixtisası üzrə I kurs tələbəsi Nasiri Şəhriyar - Veber- “Concertino” mi bemol major (müəllim: dosent Məmmədov Fikrət; müşayət edir: Abdullayeva Aynur), Rusiya Federasiyası vətəndaşı (Dağıstan) ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə IV kurs tələbəsi Alibekova Marcanatn - F.Şubert –“Die Manner sind Mechant” (müəllim: Mirzoyeva- Əhmədova Sveta; müşayət edir- Məmmədzadə İllər), Rusiya vətəndaşı ifaçılıq fakültəsinin I kurs tələbəsi Mamedova Sabina (violin) – Kreysler “Gözəl rozmarin” (müəllim: baş müəllim Əlimuxtar Babayev; müşayət edir: Məmmədzadə İllər), İran İslam Respublikası vətəndaşı tarix nəzəriyyə fakültəsinin bəstəkarlıq ixtisası üzrə II kurs tələbəsi Amirian Sara- müəllif “Prelüdiya“ (müəllim: professor Aydın Əzimov), Rusiya vətəndaşı, ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə I kurs tələbəsi Axmedova Aminat Şnayder –“Qarda qızılgüllər” (müəllim: dosent Mirzoyeva-Əhmədova Sveta, müşayət edir: Kərimova Dilarə), İran İslam Respublikası vətəndaşı hazırlıq kursu tələbəsi Mousəvi Seyyedali - Misty “Errol Garner” (müəllim: dosent Zeynalov İdris), İran İslam Respublikası vətəndaşı solo oxuma ixtisası üzrə hazırlıq kursu tələbəsi Mokhberi Peyman- Ç.Bixio –“Parlami D'amore” (müəllim: dosent Cəfərova Jalə; müşayət edir: Əliyeva Ülviyyə) əsərlərini ifa ediblər.

    Bununla yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Rusiya vətəndaşı, III kurs tələbəsi Nigar Xəlilova - Telman Hacıyev “Könlümün yadigarı” (müşaiyət edir: Əməkdar artist Fəridə Hüseynova; müəllim: Əməkdar artist İnara Babayeva), Türkiyə Respublikası vətəndaşı, II kurs tələbələri Can Sinan Akar və Nigar Xəlilova- “Qız məktəbi” – söz. H. Cavid (müəllimlər: Xalq artisti Yalçın Rzazadə, İnarə Babayeva), İran İslam Respublikası vətəndaşı, I kurs tələbəsi Elmira Atapur “Hardasan” – mus. Səid Rüstəmov(müəllim: Cavid Hüseyn), Can Sinan Akar - Türk mahnısı “Sarı çizmeli Mehmet ağa” – söz. mus. Barış Manço (müəllim: Xalq Artisti Yalçın Rzazadə; müşaiyət edir: ADMİU-nun instrumental ansamblı: ifaçılar Bekir Küçükaslan, Murat Turankaya, Cengi Kurtaz, Fizzə Cabarova (müəllimlər – Cavid Hüseyn, Yalçın Rzazadə) əsərləri ilə yüksək peşəkarlıqla çıxış ediblər.

    Təqdim olunan maraqlı musiqi repertuarı bütün dinləyicilər tərəfindən rəğbət hissi ilə qarşılanaraq gur alqışlarla sona çatıb.