• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 may 2018-ci il

    25 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Venera Məmmədovanın tələbələrindən ibarət sinif konserti keçirilib.

    Konsertdə bir sıra rəngarəng musiqi nömrələri dinləyicilərə təqdim olunub. Belə ki, solistlərin: Əməkdar artist Rəna Əliyeva (soprano), Natalya Belikova (soprano), Orxan İbrahimov (klarnet) II kurs) və müşayiət edən tələbələrin (Məryəm Cammallı II kurs, Fidan Məmmədzadə II kurs, Şəms Əlili II kurs, Nərgiz Səfərli III kurs, Nəzrin Qasımova IV kurs ) ifasında F.Bədəlbəyli “Ave Maria”, C.Puççini- “Toska” operasından Toskanın ariyası, P.Çaykovski- “Qaratoxmaq qadın” operasından Lizanın ariyası, “Ни слово о друг мой”, A.Məlikov- “Noktürn”, E.Qriq- “Yuxu”, R.Qlier- “Слезы людские”, S.İbrahimova- “Vətən desin” musiqi parçaları yüksək peşəkarlıqla ifa olunub.

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsertdə ifa olunmuş musiqi nömrələri dinləyicilər tərəfindən böyük maraq və rəğbət hissi ilə qarşılanıb.