• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 may 2018-ci il

    25 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın I kurs tələbəsi Respublika və Beynəlxalq müsabiqələr laureatı Ləman Əsədovanın (baş müəllim Mina Aslanova) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş solo konserti keçirilib.

    Hər zaman yüksək səviyyədə konsert proqramı ilə çıxış edən Ləman Əsədovanın bu konsertində də proqram seçimi olduqca maraqlı olub. Belə ki, dünya bəstəkarlarından K.Sen-Sans -"Etud formasında vals”, F.Şopen - "Nokturn" (cis moll), J.Bize, Sarasate - "Karmen fantaziya", F.Kreysler - "Çin qavalı", S.Raxmaninov - "Vokaliz", P.İ.Çaykovski - "Vals-skertso", A.Piazzollo - "Tanqo"(Chau Paris) və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov - "Muğam poema" kimi əsərlərini yüksək peşəkarlıqla musiqi sevərlərə bəxş edib. Sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri arasında gedən rəqabət zövqlü musiqimizin inkişafına daha böyük nailiyyətlər gətirməyə başlamışdır. Ləman Əsədova kimi gənclərimizin olması isə Azərbaycan musiqisinin adına böyük bir fəxrdir. Ona bu şərəfli yolda daha da əzimlə irəliləməyi, dünya arenasında istedadlı gənc kimi tanınmağı arzu edirik.