• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 may 2018-ci il

    16 may 2018-ci il tarixində Londonun Kings Place zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

    Konsertdə ilk öncə tədbirin aparıcıları Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ədilə Hüseynzadənin vaxtilə şagirdləri olmuş Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Elnarə Dadaşova və Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Zümrüd Dadaşzadə çıxış edərək bəstəkarın əziz xatirəsini əks etdirən dərin təsüratlarını, həyat və yaradıcılığının böyük məğzini təbliğ edən məlumatları dinləyicilər ilə bölüşüblər.

    Bunun ardınca xüsusilə fərqlənən musiqi hissəsi auditoriyaya təqdim olunub. Belə ki, Xalq artisti Fidan Hacıyeva, Səidə Tağızadə (piano), Aleksey Miltıxın (violoncel) ifasında bəstəkar Ədilə Hüseynzadənin zəngin yaradıcılığından olan musiqi parçaları bütün zalda əyləşən hörmətli qonaqlara təqdim olunub.

    Londonda yaşayan diaspor və diplomatik korpusun nümayəndələri, digər xarici vətəndaşlar və yerli qonaqların iştirakı ilə keçirilən konsert proqramında Ədilə Hüseynzadənin əsərlərinin notları, CD—lər, onun haqqında yazılmış Zümrüd Dadaşzadənin müəllifi olduğu kitab, Ədilə Hüseynzadənin nəticəsi Günel Əliyevanın rəsm işləri də sərgilənib.

    Bu möhtəşəm hadisə ilə əlaqədar Xalq artisti Fidan Hacıyeva, Ədilə Hüseynzadənin nəvəsi Səbinə Əliyeva, Üzeyir Hacıbəyli adına BMA-nın professoru bəstəkar Elnarə Dadaşova və professor, musiqişünas Zümrüd Dadaşzadə AzTV və İTV kanallarına müsahibə verərək konsertdə iştirak edən hörmətli qonaqların belə tədbirlərin mütamadi keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

    Konsert zalda əyləşən bütün dinləyicilər tərəfindən böyük coşğu, rəğbət və hörmətlə qarşılanaraq çox səmimi abu-hava ilə sona çatıb.