• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2018-ci il

    22 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın kamera ansamblı kafedrası tərəfindən hazırlanmış “Kamera musiqisi konsertləri seriyası” layihəsinin III konserti dinləyicilərə təqdim edilib.


    Konsertdə ilk öncə kamera ansamblı kafedrasının müdiri, professor Kəmalə Neymanova giriş söz ilə çıxış edərək, ifa olunan əsərlər və onların yaranma tarixi haqqında maraqlı məlumat verib.
    Bunun ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Üzeyir Mahmudbəyli (viola), Qəmbər Məmmədov (faqot), Eldəniz Ələkbərzadənin (piano) ifasında M.Qlinka viola və fortepiano üçün d-moll sonata, Sen-Sans faqot və fortepiano üçün sonata G-dur opus.168, İ.Brams viola və fortepiano üçün sonata f-moll əsərləri yüksək peşəkarlıqla ifa olunaraq öz dinləyicilərinə çatıdırılıb.
    Qeyd edək ki, hər zaman yüksək səviyyədə təşkil olunan kamera musiqisi növbəti konsert proqramında da öz pərəstişkarlarını ətrafına toplayıb.
    Konsertdə professional musiqiçilər tərəfindən ifa olunan rəngarəng musiqi parçaları bütün dinləyicilər tərəfindən yüksək rəğbət hissi ilə qarşılanaraq gur alqışlar ilə sona çatıb.