• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 may 2018-ci il

    23 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş solo konsert keçirilib.

    Meksikanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən konsert proqramında Argentina Duran solo ifası ilə çıxış edib.
    Qeyd edək ki, xanım Duran 2007-ci ildə 7 yaşındaykən Meksikanın Xalapa şəhərində Jesus Lepe adlı müəllimlə Centro de İniciacion Musical İnfantil (CIMI), Uşaq Musiqi Sənətinə Başlanğıc Mərkəzində fortepiano üzrə təhsil almağa başlamışdır və musiqiçi karyerası boyunca onun müəllimi olan Professor Trinidad Sanchis ilə davam etmişdir. O, musiqi təhsilini yüksək səviyyədə bitirmişdir və CIMI Veracruz Orkestr Universitetində solist kimi çıxış etmişdir.
    11 yaşındaykən Veracruz Universitetinin musiqi fakültəsinə daxil olmuş və Xalapa Simfonik Orkestrində solist olaraq çıxış etmək üçün müsabiqəni qazanmışdır.
    Meksika şəhərindəki Milli İncəsənət İnstitunun Angelica Morales-Yamaha Milli Piano müsabiqəsi və Tabasco ştatının Villahermosa şəhərindəki Irina Samodaeva Beynəlxalq Piano müsabiqəsi daxil olmaqla çoxsaylı mükafat və müsabiqələr qazanmışdır.
    2015-ci ildə bakalavr dərəcəsi alıb və Mədəniyyət və İncəsənət Milli Fondu, Elm və Texnologiya Milli Şurası və Çikaqo şəhərinin Roosevelt Universietinin Performans İncəsənəti Kolleci tərəfindən İllinois ştatının Çikaqo şəhərində müəllimi Xorxe Federiko Osorio ilə təqaüdə layiq görülmüşdür.
    Eduardo del Pueyo Beynəlxalq Musiqi İfadə Seminarları çərçivəsində İspaniyanın Granada şəhərində qonaq sənətkar kimi çıxış etmişdir və Eduardo del Pueyo Strings Orkestri ilə ifa etmişdir.
    Xalapanın Simfonik Orkestri, Milli Simfonik Orkestr, San Luis Potosi Simfonik Orkestri, Puebla ştatının Simfonik Bandı və Tampico Metropolitan Orkestri ilə solist olaraq ifa etmiş və Gözəl Sənətkar Sarayı və Meksikanın Milli İncəsənət Mərkəzinin Blas Galindo auditoriyası kimi Mexiko şəhərinin ən əhəmiyyətli musiqi salonlarında çıxış etmişdir. 2017-ci ildə ilk Beynəlxalq Papantla Piano Festivalı çərçivəsində konsert və master-klasslar təqdim etmişdir.
    Meksika Musiqi məktəbinin Milli Muxtar Universitetinin bakalavr səviyyəsi proqramında fortepiano müəllimidr və Meksikanın Milli Konservatoriyasında pianoçudur.
    İfaçının növbəti peşəkar çıxışı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında səslənib. Belə ki, pianoçunun bənzərsiz çıxışında Manuel M. Ponce -Mazurka no.4 və Mexican Ballad, Felipe Villanueva - Nocturne “To Love”, Jorge Vilades - İntervallic Etudes, Ernesto Elorduy - 3 Tropical Dances, Ricardo Castro – Caprice Valse, Mario Ruiz Armengol - The Cold Mountains, Arturo Marquez -Danzon no.2 əsərləri ifa olunub. Auditoriyaya ilk dəfə təqdim olunan musiqi nömrələri bütün dinləyicilər tərəfindən heyranlıq hissi ilə qarşılanıb.
    Qeyd edək ki, texniki imkanlarının və musiqi duyumu güclü olan ifaçının konsert proqramı gur alqışlar ilə sona çatıb.


    BMA-nın Mətbuat xidmətinin əməkdaşı
    Əhmədova Minacat