• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 may 2018-ci il

    15 may 2018-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

    Azərbaycan Dövlət Fortepiano Triosunun iştirakı ilə keçirilən konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Töhfə Babayeva (violin), Səbinə İbrahimova (cello), Elnarə Kəbirlinskaya (fortepiano), solist qismində isə Azərbaycan Respublikasının Əməkdar artisti Gülnarə İsmayılova çıxış edərək azərbaycan və qərbi-avropa bəstəkarlarının əsərlərinə müraciət ediblər. Auditoriyaya təqdim olunan musiqi parçaları peşəkarlıqla öz dinləyicilərinə çatdırılıb. Konsert gur alqışlar ilə sona çatıb.