• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 may 2018-ci il

    21 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş C.Tağızadənin dirijorluğu ilə Tələbə Simfonik Orkestrinin konserti keçirilib.


    Konsert Tərbiyə işləri üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova və “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadənin təşkilatçılığı və rəhbərliyi ilə həyata keçib. Konsertdə ilk öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli giriş söz ilə çıxış edərək Cümhuriyyətin əldə olunmasından, keçilən çətin mübarizə yollarından söhbət açıb.

    Bunun ardınca musiqi nömrələri ilə dəvam edən konsertdə Azərbaycan mədəniyyətinin qiymətli musiqi inciləri olan Ü.Hacıbəyli – “Koroğlu” operasından Üvertura, Niyazi – “Arzu”, Soltan Hacıbəyov – “Karvan” simfonik lövhəsi, F.Əmirov – “Azərbaycan kapriççiosu”, M.Maqomayev - “Azərbaycan” (Solistlər Beynəlxalq müsabiqələr laureatları Bakı Musiqi Akademiyasının məzunu Aydan Həsənova və III kurs tələbəsi Mahir Tağızadə) əsərlərinin səslənməsi bütün dinləyicilər tərəfindən heyranlıq və maraq hissi ilə qarşılanıb.

    Konsertin sonunda Xalq artisti, professor Fərhad Bədəlbəyli “İfaçılıq” fakültəsi Orkestr alətləri kafedralarının məqsədyönlü işi nəticəsində belə yüksək səviyyəli konsertin qısa müddət ərzində təşkil edilməsinin böyük nailiyyət olmasını qeyd edib.