• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 may 2018-ci il

    Orqan, klavesin kafedrasi tələbələrinin konserti

    10 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş Orqan Musiqi Gecəsi keçirilib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri, məzunları və tələblərinin iştirakı ilə keçirilən konsertdə (Quliyeva Natavan, Şəfəq Abdullayeva, Məmmədova Nigar və I kurs tələbələri Gülbacı Muradova və İsa Məmmədzadə (trompete) ifasında) Ü.Hacıbəyli – Azərbaycan Himni (İşləmə orqan üçün. Yaqubova T), G.F.Handel –“Ouverture”, C.Kaccini –“Ave Maria”, Q.Qarayev –“Donkixot qravürü” Siəhət, pavana, C.Abbasov –Q.Qarayeva həsr olunub “İthaf” , Mendelson –Sonata -3 hissəli, F.Gigovt –Tokkota, Mendelson –Sonata, C.Frank –Xoral a-moll) əsərləri səslənib.

    Qeyd edək ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilən Orqan musiqi gecəsi hər zaman olduğu kimi bu konsert proqramındada öz dinləyiclərini ətrafına toplayıb. Müraciət olunan musiqi nömrələri və ifaçılar tərəfindən yüksək peşəkarlıqla ifa olunması bütün dinləyicilərin rəğbətini qazanıb.