• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 may 2018-ci il

    Küveytdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

    13 may 2018-ci il tarixində Küveyt dövlətinin paytaxtı Əl Küveyt şəhərində Azərbaycan Respublikasının bu ölkədəki Səfirliyinin həmçinin Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib. 14 may tarixində isə Kuveytdəki səfirliyimiz tərəfindən təntənəli ziyafət təşkil edilib. Tədbirlərə Türkiyə, Rusiya, Qazağıstan, Gürcüstan, Qırğızıstan səfirliklərinin nümayəndələri, çoxsaylı xarici qonaqlar dəvət olunublar. Belə ki, konsertdə, Küveyt dövlətinin Parlament məsələləri üzrə Dövlət naziri Adil Əl Xurafi və qonaq qismində Küveyt əmirinin nəvəsi Şeyx Talala iştirak ediblər.

    13 may tarixində keçirilən konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri və tanınmış musiqiçilər iştirak ediblər. Orkestrin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylidir. Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində Xalq artisti, pianoçu, professor Yeganə Axundova, Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Gənc ifaçılar - Beynəlxalq Müsabiqələr Laureatları – Mahir Tağızadə, Ümidə Abbasova, Aytən İbrahimova, Fuad Əlizadə, Respublika müsabiqələr laureatı Orxan Cəlilov və Muğam Televiziya Müsabiqəsinin qalibi Sədəf Budaqova iştirak ediblər.

    Tədbir Küveyt dövlətinin və Azərbaycan Respublikasının dövlət himnlərinin səslənməsi ilə açıq elan edilib. Daha sonra dünyanın bir çox şəhərlərində Azərbaycan mədəniyyətinin ən gözəl təbliğatçılarından olan Gənclər Kamera Orkestrinin ifasında Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Aqşin Əlizadə, Antonio Vivaldi, Fərhad Bədəlbəyli yaradıcılığından olan əsərlər yüksək peşəkarlıqla səsləndirilib. Azərbaycan mədəniyyətini təmsil edən professional musiqiçilərin peşəkar ifasında səslənən rəngarəng musiqi nömrələri xarici qonaqların marağına səbəb olmuş, heyranlıq hissilə qarşılanaraq gur alqışlarla müşayiət olunmuşdur.

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Sənaye, Mənəvi, Mədəni, Tərəqqi naminə beynəlxalq təşkilatın Azərbaycan üzrə nümayəndəsi Elçin Nəsirlinin təşkilatçılığı ilə yeni çəkilən “Azərbaycan” haqqında film xarici qonaqlara nümayiş olunub.