• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 may 2018-ci il

    11 may 2018-ci il tarixində İncəsənət muzeyində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının konserti keçirilmişdir.

    Ansamblın rəhbəri və konsertin təşkilatçısı Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra xanım Quliyeva idi.

    Tədbirdə Solist Xalq Artisti, professor Zəhra Quliyevanın ifasında (müşayiət etdi Səbinə Muradova) Paradiz – Sisiliana, Frans Şubert- Musiqiyə doğru, Nikolay Rimski Korsakov - Arı uçuşu, Moris Ravel – Pavana, Zaxariy Paliaşvili- Lekuri, Dmitriy Şostakoviç – Romans, Yevgeniy Doqa – Vals, Q.Qarayev- “ İldırımlı yollarla” baletindən Laylay, Q.Qarayev-“ İldırımlı yollarla” baletindən Rəqs, Ernst Qradetskiy – Reqtaym əsərləri səsləndirilmişdir.

    Konsertdə İncəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak etmişlər. Musiqi proqramı öz rəngarəngliyi və ruh yüksəkliyi ilə seçilərək xoş təəssüratlarla yaddaşlarda həkk olundu.