• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 may 2018-ci il

    Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert

    Tarix yalnız böyük şəxsiyyətlərin böyük əməlləri sayəsində yadda qalır. Azərbaycan xalqının tarixində və təkayülü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyətlərdən biri iyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən milli lider, dünya miqyaslı siyasətçi Heydər Əliyev-dir.
    Nadir və təkrarsız şəxsiyyət, millətinin, məmləkətinin yeni tarixinin memarı, böyük düha, güclü və müstəqil, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusudur o. Heydər Əliyev özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifələrinə daxil olaraq, parlaq əməlləri sayəsində nəsillərin yaddaşında əbədi iş saxlamışdır.
    “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən Heydər Əliyev Azərbaycan gəncliyinə, müəllimlərinə və incəsənət xadimlərinə çox böyük dəyər verirdi. Təbiətcə musiqinin vurğunu olan, incə və həssas musiqi duyumuna, musiqi zövqünə malik olan, Azərbaycan və dünya mədəniyyətinin bədii nümunələrini həvəslə dinləyən, istər dövlət rəhbərliyində, istərsə də həyatında, ailəsində də musiqidən ayrılmayan, musiqi və musiqiçilər haqqında peşəkar musiqi tənqidçisi kimi çox dəyərli rəy və fikirlər söyləyən, musiqişünaslığın elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə dostluq edən Heydər Əliyevin həyat və fəaliyyətini musiqi mədəniyyətindən ayrı təsəvvür etmək qeyri-mümkündür.
    O, musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət yetirmiş, sənət adamlarına hörmət və ehtiramla yanaşmışdır. Mədəniyyətin bütün çağdaş və aktual məsələləri, bəstəkar və ifaçıların, dirijor və musiqişünasların yaradıcılığı, problemləri, fikir və təklifləri, uğurları ulu öndəri daim maraqlandırmışdır.
    Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev universal üçlük formulası olan “İdeya, ideologiya və təbliğat”dan çox məharətlə istifadə etməyi bacarırdı.
    O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi məhz Ulu öndərimiz olub.
    Bir sözlə, zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı. Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu.
    Ulu Öndər Heydər Əliyev xalqını çox sevdi, xalqının parlaq gələcəyi üçün, bu günkü gəncliyimiz, sabahkı tariximiz üçün təməl binası qurdu. Azərbaycan xalqı da dünyaya Heydər Əliyev kimi dahi bəxş etdiyi üçün qürurlanır.
    Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə «Yol» dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz ondan öyrənirlər.
    Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir.
    10 may 2018-ci il tarixində Ü.Hacıbəylinin doğma ocağı olan Bakı Musiqi Akademiyasının Böyük zalında ulu öndərimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət “Simli və nəfəs alətləri” ansamblının iştirakı ilə keçirilən tədbirdə ilk öncə BMA-nın III kurs tələbləri Musiqişünas Günel Seyidova və Aygün Qəhrəmanova əbədi yaşar şəxsiyyət olan Heydər Əliyevin keçdiyi şərəfli yolu əks etdirən məruzə ilə çıxış ediblər.
    Bunun ardınca video-çarx vasitəsilə dahi şəxsiyyətin illər ərzində Azərbaycan xalqının inkişafı naminə gördüyü misilsiz xidmətləri əks etdirən görüntülər izlənilib.
    Konsert Respublika və Beynəlxalq müsabiqə laureatlarının (Hidayət Əliyev, Zərrin Əliyeva, Mahir Tağızadə, Fidan Mirheydərzadə, Ülkər Abdullayeva, Cavanşir Rüstəmbəyli, Əli Restəmbəyli) ifasında (Kəmaləddin Heydərov “Xalq Heydər”, Niyazi-“Rast”, Müslüm Maqomayev “Azərbaycan”, Fikrət Əmirov “Ömrün Səhifələri”, “Naz-Nazı” rəqsi , “Qarabağ şikəstəsi”) musiqi nömrələri ilə dəvam edib.
    Bir-birindən parlaq ifaları ilə dinləyicilərin rəğbətini qazanan növbəti ifa “Simli və nəfəs alətləri” ansamblının və BMA-nın tələbə xorunun birgə ifasında (Lalə Cəfərova “Zəfər Marşı və “Əbədi Yaşar”) səslənməsi olub.
    Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert çox uğurla sona çataraq dahi rəhbərin sözləri ilə yekunlaşıb. «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam».


    BMA-nın mətbuat xidmətinin əməkdaşı,

    Musiqişünas Əhmədova Minacat