• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 may 2018-ci il

    3 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının tələbələrinin iştirakı ilə ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçirilib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələblərinin (Musazadə Maksud, Eldarlı Gülnaz, Niftiyev Elxan, Xələfov Elxan, Məmmədova Aytac, Mirheydərzadə Fidan, Yeşildağ Aydan, İmanova Günel, Abbaslı Nəzrin, Əhmədzadə Emil, Əliyeva Fatimeyi-Zəhra, Mehdizadə Gülşən, Hənifəyev Teymur, Abdullazadə Abbas, Şıxıyev Tofiq) iştirakı ilə S.Raxmaninov “Elegiya”, F.List “Unudulmuş vals” №1 a-moll, F.Şopen “Ballada” № 3 As-dur, Q.Qarayev “7 gözəl” baletindən “Vals”, Aleksandr Skryabin “Prelüd” op.17 №1, 3, F.Şopen “İnqilabi Etüd” op.10 № 12, S.Raxmaninov “Prelüd” № 1 cis-moll, Nikolay Metner “Nağıl” op20. №1 b-moll, S.Raxmaninov “Prelüd” gis-moll, Coakinno Rossini “Sevilya bərbəri” operasından “Fiqaronun ariyası”, A.Məlikov “Ötəri anlar”, F.List “Paqanini mövzusunda Etüd” Es-dur op.10 № 2, Ə.Mustafazadə “Şəhrizad”, F.Şopen Etüd C-dur op.10 № 1, F.List “Трансцендентный Etüd” f-moll əsərləri yüksək peşəkarlıqla səslənib.