• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 may 2018-ci il

    7 may 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının professorları, SSRİ və Azərbaycan Respublikasının Xalq Artistləri Fidan və Xuraman Qasımovaların tələbələrindən ibarət sinif konserti keçirilib.

    Konsertdə professorların yetişdirdiyi tələbləri Əsgərova Nigar, Əhmədov Namiq, Əliyeva Nərmin, Cəfərov Urfan, Xəlilova Gülsüm, Xosrovzadə Rza, Abdullayeva İslamə, Cəfərova Nigar, Emin Eminzadə, Həsənova Aydan, Ələkbərov Fərhad, Cəfərzadə Fatimə, bununla yanaşı BMA-nın məzunu, Azərbaycan Respublikasının Əməkdar artisti Aqşin Abdullayevin ifasında Azərbaycan və xarci bəstəkarların yaradıcılığından (V.A.Mosart-“Sehirli fleyta” operasından Paminanın ariyası, Lou- “Mənim cazibədar ledim” müzıklından “Mən rəqs etmək istəyrəm”-ariyettası, Kyara- “La Spagnola” V.A.Mosart- “Fiqaronun toyu” operasından Fiqaronun, Kontessanın və Kerubinanın ariyası, Valenti və Tolgnori- “La Passione”, A.Zeynallı- “Ölkəm”romansı, Gerşvin- “Porgi və Bess” operasından Klaranın laylası-“Summer time”, Falvo- “Qızlar, söyləyin, Vekerlen- “Qızlar tələsin”, Bellini-“Somnambul” operasından Aminanın ariyası, M.Leqran- “Şelburq çətiri” kino filmindən duet, Mançini-“Moon river”, Donizetti-“Don Paskuale” operasından Norinanın ariyası, Lokalye-“Amapola”, F.Əmirov-“Sevil”opeasından Atakişinin kupletləri, C.Verdi-“Ernani” operasından Elviranın ariyası, Leonkavallo- “Mattinata”, F.Əmirov- “Sevil” operasından Balaşın mahnısı) musiqi nömrələrini yüksək peşəkarlıqla ifa ediblər.

    Sinif konsertin sonunda dinləyicilərin qarşısına çıxan konsertin bütün iştirakçıları (Solistlər Aqşin Abdullayev və Xosrovzadə Rza) M.Maqomayevin “Odlar yurdu” musiqi parçasını ifa edərək bütün dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Qeyd edək ki, ifaçıları pianoda kafedranın baş müəllimləri Rəna Ağayeva və Nigar Məlikova müşayiət ediblər.