• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 may 2018-ci il

    7 may 2018-ci il tarixində Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq Artisti, professor Sabir Əliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.

    S.Əliyev Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri olmuşdur. O, Azərbaycan violonçel məktəbinin təməl daşını qoyan şəxsiyyətdir. Hələ M.Rostropoviç Sabir müəllim haqda demişdir ki, Azərbaycan Dövlət Konservatoriyasında yüksək professional səviyyədə violonçel sinfi fəaliyyət göstərir. Keçən il M.Rostropoviç festivalı çərçivəsində Olqa Rostropoviç professor N.Abbaszadənin sinif tələbələrinin iştirakı ilə keçirilən "Violonçel musiqisi" konsertində demişdir ki, Bakı Musiqi Akademiyasında güclü violonçel sinfi var. Əlbəttə ki, Sabir müəllimin tələbələri onun təməli qoyduğu violonçel məktəbini yaşadırlar.

    S.Əliyev uzun illər Bakı Musiqi Akademiyasında "Simli alətlər" kafedrasının müdiri olmuşdur. O, professor, müəllim və tələbələr arasında yüksək nüfuza malik musiqiçi- müəllim və təşkilatçı idi. Onun rəhbərlik etdiyi zaman kafedrada yüksək, professional səviyyəli musiqiçilər yetişmişdir. Hal-hazırda onlar Azərbaycan Respublikasının Xalq artistləri, İncəsənət Xadimləri Azərbaycanda və dünyanın bir çox ölkəsində fəaliyyət göstərirlər. Konsertdə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor N.Abbaszadə və Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent X.Həsənzadə S.Əliyev haqda öz xatirələrini, onun geniş yaradıcılıq və ifaçılıq fəaliyyətindən söz açıblar.

    Konsertdə Azərbaycan Respublikasının Xalq Artistləri Rasim Abdullayev, Eldar İsgəndərov, Əməkdar Artistlər Aleksey Miltıx, Eyyub Əliyev, Əməkdar müəllim Kamal Paşazadə, prezident təqaüdçüsü Orxan Hüseynov çıxış etmişlər. Konsertdə Azərbaycan və qərb bəstəkarlarının əsərləri səsləndirilmişdir.