• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel  2018-ci il

    26 aprel 2018-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının tələbələrinin 2017-2018-ci tədris ilinin Hesabat konserti keçirildi.

    Artıq ənənə halını almış bu konsert hər tədris ilinin sonunda baş tutur və kafedrada təhsil alan tələbələrin yeni əsərləri səsləndirilir.

    SSRİ və Azərbaycanın xalq artisti, professor Arif Məlikovun rəhbərlik etdiyi Bəstəkarlıq kafedrasında bir sıra bəstəkarlar müəllim kimi çalışır və tələbələr yetişdirirlər. Bu müəllimlər sırasında Əməkdar İncəsənət xadimi, professor Aydın Əzimov, Əməkdar İncəsənət xadimi, professor Nazim Mirişli, Əməkdar İncəsənət xadimi, professor Ceyhun Allahverdiyev, Dosent Gülnarə Məmmədova, Dosent Arzu Məmmədova , Müəllimlər Pikə Axundova və Kərəm Əkbərovu, Sevinc Əlləzovanı qeyd edə bilərik.

    Konsertdə kafedranın tələbərinin müxtəlif tərkiblər üçün yazılmış kamera-instrumental əsərləri ifa olundu: Əhədova Tamilla (magistr, I kurs) “Dəniz, Göy, Məhəbbət” (sözləri: Nəbi Xəzri), “Səni unutsam” (sözləri: Nüsrət Kəsəmənli) 2 romans, violin və fortepiano üçün 2 pyes; Nərmin Abdullayeva (bakalavr, I kurs) fortepiano üçün Prelüdlər; Saleh Nəzərov (bakalavr, II kurs) iki fortepiano üçün Fantaziya, valtorna və fortepiano üçün 4 lövhədən I hissə; Sara Amirian Dilruba (bakalavr, II kurs) Solo violonçel üçün iki hissəli Sonata; Tofiq Rzayev (bakalavr, I kurs) fortepiano üçün Prelüdlər; Kazımova Sevinc (bakalavr, IV kurs) “Gözlər yalan deməz” (sözləri: Baba Vəziroğlu), “Bahar gecəsi” (sözlər: Bəxtiyar Vahabzadə) adlı 2 romans; Cabbarlı Nuranə (bakalavr, III kurs etnomusiqişünas) fortepiano üçün Prelüdlər.

    Bəstəkarlıq kafedrasının 2017-2018-ci il hesabat konserti Bakı Musiqi Akademiyasının professor–müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılandı.