• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 aprel  2018-ci il

    26 aprel 2018 il tarixində  “Fortepiano, orqan, klavesin” kafedrasının tələbələrinin  konserti  keçirilib.

    Konsertdə tələbələr Qulusoy Elvin (müəllim: professor Məmməova Leyla), Qasımova Nigər (Orqan - müəllim Yaqubova Tahirə), Ağa Rəhim (müəllim: professor Məmmədova Leyla), Orucova Səbinə (müəllim: professor Yaqubova Tahirə), Tağıyeva Səbinə (müəllim professor Dilbazi Minirə), Rəsulzadə Nəzrin (müəllim Bəylərbəyova Səbinə), Qasımova Niqar (Müəllim Babayeva Rasimə), Kərimli Mehri (müəllim professor Yaqubova Tahirə), Kara Aytac (müəllim professor Məmmədova Leyla), Abdullayeva Şəfəq (müəllim professor Yaqubova Tahirə), Pənahov İsmayil  və Mahmudzadə Məmməd (baş müəllim Bağırova Aytən), Muradova Gülbaci (müəllim: professor Babayeva Rasimə), Quliyeva Elvira və Xosrovzadə Rza (müəllim: dosent Abbasova Nuridə), Cavadova Xəyalə və Məmmədzadə İsa (müəllim Vəkilova Məryəm), Babayev Elvin (müəllim baş müəllim Atakişıyeva Lalə), Səfurə Aslanova  və Muradova Gülbaci, Abdullayeva Nərmin (müəllim professor Dilbazi Minirə), Məmmədova Nigər (müəllim professor Babayeva Rasimə), Bağırzadə Səid (baş müəllim Atakişıyeva Lalə), Əsgərova Nigar (müəllim Eyvazzadə Günel), Zeydullayev Aydın (müəllim professor Məmməova Leyla), Hüseynova Nigar (müəllim dosent Zeynalov İdris), Məmmədova Rəşidə və Həyatov Heydər (müəllim professor Musayeva Elmira), Babayev Elvin və Quliyev Cəlil (müəllim Atakişıyeva Lalə) iştirak ediblər. Onların ifasında Ü.Hacıbəyli- “Sənsiz”, “Xoral”  № 27 ( h-moll), Şopen – “Prelüdiya №6 (h-moll), Q.Qarayev – “Mətəm” odası, Niyazi – “Arzu”, N.Əlivərdibəyov- “Bayatı Şiraz”, Rahmaninov “Музыкальный момент” №3, “Xoral” a-moll, D- dur, E.Nəzirova –“Prelüdiya”, Mendelson – Sonata №5 D-dur, T.Quliyev – “Qızıl üzük”, Bax-Xoral №5 “Christ lag in Todisbandin”, T.Quliyev – “Lirik mahnı”, Lolombir Michel –“Emmanuel”, E.Sati- “Gnosieros”, Bax –“Magnifikat”- Ariya, F.Mendelson – Sonata №3  I h. A-dur, Dvarionis-  “Vals”, Crescere –Взросление», Astor Piazolla-“Milanga del angel”, Cabriel Faure – “Apres un reve”, Rişar Qalyano- “Vals-tanqo” əsərləri səsləndirilib.