• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 aprel  2018-ci il

     10 aprel 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Lalə Rzayevanın təşkilatı ilə tədbir keçirilmişdir.

    “Azərbaycan bəstəkarlarının əsərləri gənc musiqiçilərin təqdimatında” fortepiano musiqisi axşamında Bakı Musiqi Akademiyasının  magistr pilləsinin məzunları Zakir Əsədov, Nilufər Cəfərli, Leyla Babayeva, İllər Məmmədzadə, Firəngiz Hüseynova, Əsmər Qəhrəmanova və Şahmar Ibrahimov (skripkada) Azərbaycan bəstəkarları Qara Qarayevin, Arif Məlikovun, Cövdət Hacıyevin, Niyazinin, Asəf Zeynallının, Adil Bəbirovun, Musa Mirzəyevin, Aydın Əzimovun əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə çıxış etmişlər.