• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 aprel  2018-ci il

    Kamera ansamblı kafedrasının konserti

    18 aprel 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın kamera ansamblı kafedrasının professorları F.Əhmədbəyova və M.Sadıqzadənin sinif konserti keçirilib.

    Sabah qrupu tələbələrinin iştirakı ilə keçirilən konsertdə Nəcəfzadə Minirə, Rzayeva Nuray, Qasımlı Şəlalə, Lətifzadə Rəsul, Əhmədova Gülnar, Eyvazov Nadir, Əhmədxanova Leyla, Rəcəbli Ziba, Rəcəblə Məmməd, Hüseynəliyeva Aytən, Səlimov Mehman və kafedranın müəllimləri professor F.Əhmədbəyova və X.Abdullayeva çıxış ediblər.

    İfaçılar azərbaycan və xarici bəstəkarların (Q.Qarayev, L.V.Bethoven, E.Qriq, J.Haydn, L.Nikolayev,V.A.Motsart, P.Hindemit) əsərlərinə müraciət edərək yüksək peşəkarlıqla ifa ediblər.

    Konsertdə ifaçıların müraciət etdiyi repertuar və musiqi parçaların möhtəşəm ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanaraq gur alqışlarla sona çatıb.