• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 aprel  2018-ci il

    Maestro Azad Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

    9 aprel 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının foyesində Azərbaycanın Əməkdar İncəsənət xadimi, professor, maestro Azad Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətləri olan Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib.

    Pedaqoji fəaliyyətə 1980-ci ildə 6 №-li musiqi məktəbində başlayaraq Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster, Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsində çalışıb. Müavin işlədiyi dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orkestrlə müxtəlif konsertlərdə çıxış edib.

    1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi vəzifəsində çalışıb. Pedaoqji fəaliyyəti ilə yanaşı, ifaçı kimi də fəaliyyət göstərib. Eyni zamanda, Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olub. 1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bir çox ölkələrində konsertlərdə çıxış edib. 1992-ci ildən Opera studiyasında dirijor kimi bir çox opera tamaşalarını- “Aida”, “Traviata”, “Gizli nikah”, “Sevil”, “Arşın mal alan” və s hazırlayıb. 1994-cü ildən Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik Orkestrinin və Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində II dirijoru vəzifəsində çalışıb. “Opera hazırlığı” sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir. 2006-cı ildən “Azteleradio” Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 2012-ci ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.

    Qeyd edilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın rektoru, professor F.Bədəlbəyli maestro haqqında hüzünlə çıxış etmişdir. Daha sonra isə “Baku Chamber” Gənclər kamera Orkestrinin ifasında (dirijor: Əməkdar artist Fuad İbrahimov) F.Bədəlbəyli “ Matəm musiqisi”, S.Raxmaninov “Vokaliz” və V.A.Motsart “Klarnet üçün konsert” (Solist: Xalq artisti Şükür Səmədov (klarnet)) əsərləri səsləndirilmişdir. Maestronun ruhuna ithaf olunan əsərlərin ifası alqışlarnan qarşılanmışdır. Beləliklə Azad Əliyevin xatirəsi ehtiramla yad edilmişdir.