• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 mart  2018-ci il

    Bakı Musiqi Akademiyasında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

    30 mart 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anma tədbiri keçirilib. Anım tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

    Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

    Tədbirdə respublikanın müxtəlif ali təhsil müəssisələrinin rektorları, tələbə və müəllimlər iştirak ediblər.

    Təhsil nazirinin müavini Firudin Qurbanov 31 mart soyqırımı haqqında məlumat verib, yüz il bundan əvvəl ermənilər tərəfindən xalqımıza qarşı qətliam həyata keçirildiyini söyləyib. Bildirilib ki, 1918-ci ilin mart və aprelində Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir. 31 mart soyqırımında minlərlə günahsız soydaşımız ermənilər tərəfindən etnik və milli mənsubiyyətinə görə vəhşicəsinə öldürülüb, evlər yandırılıb. Mənfur qonşularımız tərəfindən bölgələrdə də dinc əhali kütləvi surətdə qətlə yetirilib, yaşayış məskənləri, kəndlər yandırılıb, mədəni, tarixi abidələrimiz dağıdılıb, məhv edilib.

    F.Qurbanov Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamını xatırladıb. Diqqətə çatdırıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

    Təhsil nazirinin müavini tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bildirib.

    Tədbirin sonunda respublikanın müxtəlif ali məktəblərinin tələbələrinin və gənc musiqiçilərin ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert proqramı təqdim edilib. Anım tədbirində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Hüseynağa Aslanov, Məhəmməd Əlili (C.Cabbarlı - “31 mart Azərbaycanlıların soyqırımı”na həsr edilən “Dur ey xar olan millət”, A.İldırım “Əsir Azərbaycan”), Beynəlxalq müsabiqələr laureatı Natavan Quliyeva və Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Televiziya muğam müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının və opera və balet teatrının solisti Nurlan Namazov (R.Ramazanov -And), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (Arif Məlikov “2 qəlbin dastanı” baletindən “Komdenin göz yaşlari”), Azərbaycan Milli Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov (Vasif Adıgözəlov Qərənfil), Nurlan Namazov (F.Əmirov Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasından Kor ərəbin mahnısı), Məhəmməd Əlili (M.Araz İnsan qayaları), Respublikanın Əməkdar artisti İlham Nəzərov və Respublika musabiqə laureatı, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi İslama Abdullayeva (Fərhad Bədəlbəyli Ave Mariya) çıxış ediblər. İfaçılara Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri ( Dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) müşayiət edib. Orkestrin ifasında N.Əliverdibəyov (Bayatı-Şiraz), Fərhad Bədəlbəyli (Matəm musiqisi), Q.Qarayevin (Matəm odası) əsərləri səslənib.