• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 mart  2018-ci il

    28 mart 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “2017-2018 kamera musiqisi silsilə konsertləri” adlı növbəti konsert keçirilib.

    Konserdə giriş sözlə Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasının professoru Kəmalə Neymanova çıxış edib. Konsertdə M.Qlinka “Patetik trio”, M.Brux “Alt, klarnet və fortepiano üçün pyeslər”, Y.Brams “Klarnet (alt), violoncel və fortepiano üçün trio a –moll op.114” əsərləri səslənib. Solistlər qismində Kəmalə Neymanova (fortepiano), Anar Məmmədov (klarnet), Ümüd Musayev (faqot), Üzeyir Mahmudbəyli (alt) , Emil Bağırov (klarnet), Faqan Həsənli (fortepiano), Əsmər Kərimli (violonçel) çıxış ediblər.

    Artıq bir ənənəyə dönmüş kamera musiqi axşamları dinləyiciləri rəngarəng dünya musiqisi ilə tanış edir, solistlər ifa olunan əsərlərin dərin mənası, rəngarəng musiqi palitrasını, bəstəkarın yaradıcılıq üslubunu yüksək professionalıqla çatdırıllar.

    Konsertdə böyük ustalıqla səslənən əsərlər dinləyicilərin rəğbətini qazanıb.