• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 mart  2018-ci il

    27 mart 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın İfaçılıq fakültəsinin “Nəfəs və zarb alətləri” kafedrasının dosenti Rüfət Axundzadənin tələbələrinin iştirakı ilə Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

    Konsertdə İsrafil Rəsulov, Ədalət Abbasov, Tural Quliyev, Mehman Səlimov, Elçin Abbaszadə, İsa Məmmədzadə çıxış ediblər. Həmçinin Afaq Qarayeva (piano), Aynur İsgəndərli (vokal), Nigar Məmmədova (orqan), Fəridə Ələkbərli (arfa), Fariz Dadaşov (kontrabas), Ramiz Sevdiməliyev (zərb alətləri) və Namiq Məmmədov (zərb alətləri) çıxış edərək solistlərə müşayiət ediblər.

    Proqramda azərbaycan və dünya musiqisindən gözəl nümunələri səslənib. Yeni bir tənzimləmədə səslənən əsərlərdə ifaçılar yüksək peşəkarlıqlarını göstəriblər. Müxtəlif alətlərdən ibarət yaranan ansambllar azərbaycan və dünya musiqisinin daxili gözəlliyini, bəstəkarın yazı üslubunu çox məharətlə dinləyicələrə çatdırıblar.

    Qeyd edək ki, konsert üçün notların əksəriyyəti truba sinfinin tələbələrinin tədris repertuarının genişləndirilməsi üçün xüsusi olaraq Rüfət Axundzadə tərəfindən xarici ölkələrdən əldə edilib.