• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 mart  2018-ci il

    Tariximizin qədim ənənələrə əsaslanan Novruz bayramı hər zaman təmtəraqla qeyd edilir.

    Bu səbəblə 19 mart Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında müəllim və tələbələrin iştirakı ilə “Novruz bayramına” həsr olunmuş Konsert keçirilmişdir. Konsertdə bir-birindən maraqlı və rəngarəng musiqi proqramı dinləyicilərə ərmağan olunmuşdur. Belə ki, musiqi proqramında Klod Debüssi “Sirings” (bədii qiraətçi, İncəsənət universitetinin IV kurs tələbəsi Hüseynağa Aslanov, fleytada ifa etdi- Respublika və Beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (müəllim: Ağamalızadə Müzəffər)), Georg Fridrix Hendel “Marş” (orqanda ifa edirdi Qasımova Nigar (müəllim: Tahirə Yaqubova)), F.Şopen “Mazurka” (Respublika və Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Rəşid Behbudov (müəllim: Nilufər Tabasaranskaya)), Qaetano Doniçetti “Лючия ди ламмермур” operasından “Solo”(arfada ifa etdi Beynəlxalq müsabiqələr laureatı Ələkbərli Fəridə (müəllim: YeganəTapdıqova)),  Jül Massne “Düşüncə” (Respublika və Beynəlxalq müsabiqələr laureatı Umidə Abbasova (skripka), müşayiət edirdi: Nicat Bağırov), Q.Qarayev “7 gözəl” baletindən “Ayşənin rəqsi” (faqotda ifa edirdi Qəmbər Məmmədov (müəllim: İlqar Hacıyev), müşayiət edirdi: Respublika və Beynəlxalq müsabiqələr laureatı Əliyeva Fatimeyi-Zəhra), Y.Sibelius “2 pyes” - “Yumoresko”,  “Etüd” (Beynəlxalq müsabiqələr laureatı İsayeva Ceyran (müəllim: Rəhimova Ədilə)), C.Allahverdiyev “Əbədi sevgi” (Respublika və Beynəlxalq müsabiqələr laureatı Aqşin İsmayılov), Antonio Vivaldi “Violino üçün Konsert” a-moll (Beynəlxalq müsabiqələr laureatı Mirqulamlı Xədicə, Rəsulova Şükufə (müəllim: Zəhra Quliyeva), müşayiət edirdi: Qurbanova Nuranə), C.Gerşvin “I got rhythm” (Respublika müsabiqələr laureatı İslama Abdullayeva (vokal - müəllim: Fidan Qasımova), müşayiət edirdi: Respublika və Beynəlxalq müsabiqələr laureatı Əliyeva Fatimeyi-Zəhra), Ə.Mustafazadə “Şəhrizad” (Beynəlxalq müsabiqələr laureatı Hənifəyev Teymur (müəllim: Rəhimova Ədilə),Veniamin Myasoedov “Arxaik bluz” (saksafonda ifa edirdi Zeydullayev Aydın (müəllim: Arif Süleymanov), müşayiət edirdi: Qarayusifli Tatyana), Sam Smit “Take five” mövzusuna improvizasiya (fleytada  ifa edirdi Respublika və Beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev  - müəllim: Müzəffər Ağamalızadə),  müşayiət edirdi: Fəqan Həsənli) əsərləri səsləndirilmişdir. Konsert olduqca maraqlı və yaddaqalan anlar yaşadaraq gurultulu alqışlara səbəb olmuşdur.