• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 mart  2018-ci il

    14 mart 2018-ci il tarixində İran İslam Respublikasının Milli simfonik orkestrinin yaradıcısı, bədii rəhbəri və dirijoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərhad Fəxrəddini və həyat yoldaşı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.

    Qonaqlar BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşüblər.

    Söhbət əsnasında hər iki xalqın mədəniyyəti, bu mədəniyyətin qurucuları olan bəstəkarlar haqqında geniş müzakirələr aparıblar.

    Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərhad Fəxrəddini 25 il əvvəl Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olaraq, bir sıra görkəmli şəxsiyyətlərnən tanış olub. BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova qonaqları Bakı Musiqi Akademiyası və ecazkar musiqilərin səsləndiyi Böyük zal ilə tanış edib. İfaçılıq fakültəsinin imtahanında dekan, professor Nəzmiyyə Abbaszadə ilə tanış olmuş, dinləyici kimi tələbələrin ifasından razılıq bildirmişdir.

    Daha sonra isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərhad Fəxrəddini öz kitabı haqqında məlumat verərək kitabın əhəmiyyətindən söhbət açıb.

    Görüşün sonunda isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəşri olan “Yüz şairin yüz şeiri” adlı kitabı Fərhad Fəxrəddiniyə hədiyyə olunub.