• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 mart  2018-ci il

    7 mart 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin konserti keçirilib.

    Solistlərin (Səbinə Əsədova(Əməkdar artist), Aynur İsgəndərli, Nərmin Abdullayeva, Kənan Qədimov, Mədinə Kazımova, Xəyyam Mustafazadə (Əməkdar artist)) ifasında bir sıra rəngarəng musiqi nömrələri səslənib. Müşayiət ediblər (Fərhad Cəfərov (alt saksafon), Rauf Muradov (tenor saksafon), Fizuli Malikov (bariton saksafon), Rafael Bayramov (klarnet), Namiq Qurbanov (tütək), Ramiz Sevdiməliyev (zərb alətləri), Anar Hüseynov (zərb alətləri), Namiq Məmmədov (zərb alətləri), Ceyhun Əliyev (piano)).

    Qeyd edək ki, estrada heyətinin bədii rəhbəri- Əməkdar İncəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadə.