• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 mart 2018-ci il

    6 mart 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber” Gənclər Kamera Orkestri “Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

    Tədbiri ilk öncə orkestrin baş dirijoru Əməkdar artist Fuad İbrahimov Beynəxalq qadınlar bayramı münasibətilə bütün xanımlara təbriklərini çatdırıb. Daha sonra tədbir musiqi nömrələri ilə davam edib.

    Baş dirijor (Əməkdar artist Fuad İbrahimov), solistlər (Abasova Ümidə, Abıyev Rauf, Abdullayeva Xəyalə, Aslanlı Nəzrin, Ağazadə Şəms, Salamova Aydan, İbrahimova Aytən, Əliyev Rəşid) ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri (Pablo de Sarasate “2 skripka üçün konsert”, Antonio Vivaldi “2 skripka üçün konsert”, İohan Sebastian Bax “konsert”, Jules Massenet “İmidasiya”, Astor Piazzolla “İlin fəsilləri” silsiləsindən “Yaz”, Fikrət Əmirov “Nizami” simfoniyası) yüksək peşəkarlıqla səslənib. Konsertin sonunda SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli Beynəxalq qadınlar bayramı münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edib və öz kompozisiyası olan “Dəniz” əsərini ifa edərək zalda əyləşən hər kəsin gur alqışlarına səbəb olub.

    Qonaqlar qismində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini, alim, fəlsəfə elmləri doktoru, professor S.Məmmədəliyeva, ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və Azərbaycan Respublikasının tanınmış simaları, elm, təhsil və incəsənət xadimləri iştirak ediblər.