• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 fevral 2018-ci il

    22 fevral  2018-ci il tarixində Türkiyə Respublikası Anadolu Universitetinin Atatürk Kültür və Sanat Merkezi  Opera və Bale salonunda  Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Anadolu Universitetinin simfonik orkestrin konserti keçirilib.

    Konsertdə  görkəmli bəstəkar F.Əmirovun "Nizami" simfoniyası uğurla səslənib. Daha sonra solistlər, Xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Y.Axundovanın və türk musiqiçisi Zeynep Çilingirin (truba) ifasında  dahi rus bəstəkarı D.Şostakoviçin fortepiano truba və kamera orkestri üçün 1 saylı  konserti səslənib.

    Peşəkar ifaçıların ifasında səslənən əsərlərin emosional təsir gücünün və dərin mənasının dinləyicilərə olduğu kimi çatdırılması qonaqların rəğbətinə səbəb olub. Konsert dinləyicilərin gurultulu alqışları ilə sona çatıb.