• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 fevral 2018-ci il

    26 fevral 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Xocalı soyqrımı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

    Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

    Tədbirdə BMA-nın müəllim və tələbə heyətindən ibarət konsert proqramı səsləndirilmişdir. Hüznlü musiqi proqramında Henri Persel – “Didona və Eney” operasında “Didonanın ariyası” (İfa edir-III kurs tələbəsi Safura Aslanova, müşayiət edir: Muradova Gülbacı), Georq Fridrix Hendel – “Otton” operasından “Ottonun ariyası” (İfa edir III kurs tələbəsi Respublika və Beynəlxalq müsabiqələr laureatı Hidayət Əliyev, müşayiət edir: Lilya İmanova), Yirji Antonin Benda – “Grave”, (İfa edir II kurs tələbəsi Şahmar İbrahimov müşayiət edir: magistr pilləsinin II kurs tələbəsi Respublika və Beynəlxalq müsabiqələr laureatı Orucova Səbinə), İ.S.Bax – “Matvey ehtirasları” (İfa edir Az.Respublikasının əməkdar artisti İlham Nəzərov, Müşayiət edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın II kurs tələbəsi Elxan Niftiyev), Aydan Əliyeva “Qarabağ romansı”, (İfa edir: Safura Aslanova, Skripkada Quluzadə Əzizağa), S.Raxmaninov – “Vokaliz” (İfa edirlər Bakı Musiqi Akademiyasının müəllimləri, Respublika və Beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova, Gülnarə Kərimova), Sərdar Fərəcov “Unutma” (İfa edir: Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Milli Konservatoriyasının magistr pilləsinin I kurs tələbəsi Mədinə Şahgəldiyeva müşayiət edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın magistr pilləsinin I kurs tələbəsi Nərmin Rzayeva), Qiraətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Hüseynağa Aslanov - “Ramiz Rövşən – “Qapı poeması”, Q.Qarayev “Çar kəndinin heykəli” (İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın II kurs tələbəsi Eldəniz Ələkbərzadə), Fərhad Bədəlbəyli “Ave Maria”, (İfa edirlər Əməkdar artist İlham Nəzərov və BMA-nın II kurs tələbəsi İslamə Abdullayeva müşayiət edir: II kurs tələbəsi Aytac Məmmədova) əsərlər ifa olunmuşdur.

    Xocalı faciəsini əks etdirən görüntü video-çarx vasitəsilə bir daha nümayiş olunmuşdur.

    Allah Şəhidlərimizə rəhmət eləsin!