• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 fevral 2018-ci il

    17 fevral 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

    “V4 Music” adlı konsert Macarıstan, Çexiya, Slovakiya və Polşa Respublikasının səfirliklərinin əməkdaşlığı nəticəsində baş tutub. Giriş sözü ilə çıxış edən Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova qonaqları salamlayıb. Daha sonra Macarıstanın səfiri - Viktor Sederkenyi çıxış edərək Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor, tanınmış pianoçu Fərhad Bədəlbəyliyə yaratdığı bu şərait üçün dərin minnətdarlığını bildirib.

    Konsertdə solistlər qismində Klara Babel (arfa) və Zalan Kovacs (tuba) çıxış ediblər. Musiqi proqramında Krzysztof Penderecki Bedrich (Capriccio for Tuba), Smetana (Moldva), Marin Marais (La Folia), Zalán László Kovács (Hommage a Bartók), Frederic Chopin (Variations on a Theme by Rossini), Peter Machajdik (Ulity), Zoltán Kodály (Háry János- Toborzó), Joseph Kosma (Louis Autumn Leaves), Armstrong (What a Wonderful World), Vittorio Monti (Csárdás), Zalán László Kovács (Kakukk) əsərləri səsləndirilib.

    Konsertdə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri - Vitezslav Pivonka və xanımı Monika Pivonka, müvəqqəti işlər vəkili Kristian Kamill, Macarıstanın səfiri - Viktor Sederkenyi və xanımı, Slovakiyanın səfiri Peter Priputen və xanımı, Polsanın səfiri Marek Calka iştirak ediblər.

    İfaçıların peşəkar çıxışı zalda əyləşən bütün dinləyiciləri heyran edərək gur alqışlarnan sona çatıb.