• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 fevral 2018-ci il

    Azərbaycanlı sənətkarlara TÜRKSOY-un medalları təqdim edildi

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib.

    Tədbirdə çıxış edən təşkilatın rəhbəri Düsen Kaseinov bildirib ki, TÜRKSOY-un Azərbaycanla sıx mədəni əlaqələri var:

    “Azərbaycanla bağlı çoxsaylı tədbirlərimiz olub və bu, gələcəkdə də davam edəcək. Təşkilatın medalı indiyədək Azərbaycandan bir neçə sənətkara təqdim olunub. Biz çox şadıq ki, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət var. Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik, eləcə də türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümüdür. TÜRKSO
    Y türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq”.

    Türk xalqlarının mədəniyyətinə verdiyi töhfələrə görə Xalq artistli Fərhad Bədəlbəyli diplom və medalla təltif olunub.