• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 yanvar 2017-ci il

    “Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasının qonağı

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1 №-li “Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi – tədqiqat laboratoriyası artıq yeni-yeni elmi nailiyyətləri ilə fərqlənir. Belə ki, Akademiyanın elmi laboratoriyasının əməkdaşları öz maraqlı elmi işləri, elmi araşdırmaları ilə musiqi aləminə töhfələr gətirirlər. Çox isti bir hava şəraitində 2017 –ci ilin iyul ayında 1 №-li “Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi – tədqiqat laboratoriyasının əməkdaşı fəlsəfə üzrə sənətşünaslıq doktoru, dosent, laboratoiyanın aparıcı elmi işçisi Mələk Vəlizadə bizim hava şəraitimizə zidd olan çox soyuq Maqadan şəhərində olmuş və çox maraqlı məlumatlar əldə etmişdir. Belə ki, Mələk xanım oradakı insanların qonaqpərvərliyi, hətta çox sərt soyuq hava şəraitində yaşamasına baxmayaraq insanların çox isti və qayğıkeş münasibətləri haqda ətraflı söhbət etdi. Mələk xanım Maqadan şəhərində oradakı Azərbaycan Cəmiyyətinin vitse prezidenti Həşim müəllimin köməkliyi ilə şəhərlə tanış olmuş və buradakı adət-ənənələr ilə maraqlanmış, çox böyük materiallar əldə etmişdir. Hətta Mələk xanım əldə etdiyi materiallara görə Maqadan şəhərindəki Etnoqrafiya İnstitunun müdiri Anna Kaya öz minnətdarlığını bildirdi və bu materiallar əsasında seminar keçirəcəyini söylədi. Bu il 2018-ci ilin yanvar ayının 23-ü elmi – tədqiqat laboratoriyasında Mələk xanımın qonağı olan azərbaycanlı Maqadan şəhər deputatı, Rusiya ictimai palatasının üzvü, polkovnik Həşim İskəndərli Vətəninə təşrif buyuraraq bizimlə həmsöhbət olub, Maqadan şəhəri haqqında maraqlı fikirlərini bizimlə bölüşdü.

    Amma bu söhbətlərdən ilk öncə laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə qonağımızı salamlayıb, Akademiyamızda fəaliyyət göstərən 3 elmi laboratoriya və orada çalışan əməkdaşları haqqında ətraflı məlumat verdi.

    Belə ki, Azərbaycanlı həmyerlimiz Maqadan şəhərinin həyatı, təhsili, mədəniyyəti, abu-havası, şəraiti, mühiti, yaşayışı haqda ətraflı məlumat verdi. Maqadan vilayəti 30-cu ildən Rusiya dövlətinin daxilində olan xalqların ziyalı təbəqəsinin kommunist hakim dairələri ilə ziddiyyəti nəticəsində Maqadana sürgün olunanlar diyarı olduğunu qeyd etdi. Hətta orada həlak olmuş azərbaycanlıların xatirəsini əbədi yaşatmaq üçün xatirə abidəsinin də olduğunu qeyd etdi. Maqadan çox böyük sahəsi olan diyardır, amma orada məskunlaşan əhalinin sayı 105-130 mini əhatə edir, lakin havanın son dərəcə çox şaxtalı olmasına baxmayaraq, Həşim müəllimin dediyi kimi, hal-haırda oradakı havanın təzyiqi 54-62 dərəcədir. Amma şəhərdə hər növ yaşamaq üçün şərait var. Maqadanın bir ucu Çindən başlayıb, digər ucu isə Şimal Buzlu Okeana çatır. Maqadanda yerli əhalinin çukçalar, evenlər, kamçadallar olduğunu qeyd edən Həşim müəllim bu xalqların da assimilyasiya olunaraq az sayda qaldığını söylədi.

    Maqadanda 1304 nəfər azərbaycanlı yaşadığını söyləyən Həşim müəllim bildirdi ki, Azərbaycan musiqisinə, ümumiyyətlə mədəniyyətinə böyük yer verilir. Çox çalışırlar ki, Azərbaycan mədəniyyətini layiqincə xalqa tanıtdırsınlar və azərbaycan xalqı barədə məlumatlı olsunlar. Hətta hər il Maqadanın Mərkəzi meydanında 3 dəfə Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürası səsləndiyini də söylədi. 2011-2013-cü ildə 2 dəfə azərbaycanlı Əmir Pəhləvan Maqadanda olmuş və orada pəhləvanlığını göstərmişdir. Azərbaycandan Maqadana musiqiçilərin – xanəndələrin, ifaçıların gəlməsini çox arzulayan Həşim İskəndərli bu il 28 May Respublika günündə üçlüyün (tar, kamança və xanəndə) dəvət olunması və orada Azərbaycan musiqisinin səsləndirilməsi Maqadan şəhərində yaşayan azərbaycanlılar üçün böyük töhfə olduğunu qeyd etdi. Həşim müəllim azərilərə əmin-amanlıq, firavanlıq, bolluq və Xəzər dənizi qədər gülüş arzuladı.

    Fidan Nəsirova