• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 yanvar 2017-ci il

    19 yanvar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konfrans zalında 20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

    İlk öncə auditoriyaya tarixi günlə bağlı video-çarx göstərilmiş və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

    Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, professor Ramiz Quliyev, Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxış edərək 20 yanvar faciəsinin qanlı xatirələrindən və bu günün tariximizdə önəmli bir səhifə olmasından söz açmışlar. Ardınca 20 yanvar 1990-cı il hadisəsinin görüntüsü video-çarx vasitəsilə bir daha nümayiş olunmuşdur.

    Tədbirinin sonunda BMA-nın tələbələrindən ibarət kiçik konsert proqramı səsləndirilmişdir. Musiqi proqramında – A.Əlizadə “Hüzn valsı” (“Klarte” kvarteti), V.Adıgözəlov “Lay-lay” (tar: Atabəy İsmayılov, f-no: Vüsal Aydəmirov), J.Massne “Düşüncə” (skripka: Nəzrin Aslanlı, f-no: Səidə Axundova), F.Bədəlbəyli “Ave Maria” (vokal: Mahir Tağızadə, f-no: Dilarə Kərimova) əsərləri ifa olunmuşdur.

    Allah Şəhidlərimizə rəhmət eləsin!