• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 dekabr 2017-ci il

    14 dekabr 2017–ci ildə Bakı Humanitar Kollecində, Görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş elmi praktik konfrans keçirilmişdir.

    Elmi praktiki konfransı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Humanitar Kollecinin müəllimi Könül Xankişiyeva təşkil etmişdir.

    Qeyd edək ki, K.Xankişiyeva Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının yetirməsidir və uzun illər bu ocaqda elmi işçı, daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktorluğunu müdafiə etdikdən sonra böyük elmi işçi vəzifəsində çalışmışdır.

    K.Xankişiyeva Tofiq Quliyevə həsr edilmiş elmi praktik konfransa BMA-nın professor-müəllim heyyətinin bir neçə üzvünü fəxri qonaq qismində dəvət etmişdir:

    1. Bakı Musiqi Akademiyasının “Metodika və pedaqoji hazırlıq” kafedrasının professoru, sənətşünaslıq doktoru Tamilla Kəngərlinskaya
    2. Bakı Musiqi Akademiyasının Elmi laboratoriyasının müdiri, baş elmi işçi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə
    3.Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə
    4. Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva
    Konfrans təşkilatçının ilk giriş sözü ilə açıq elan edildi və görkəmli, çox sevimli bəstəkar T.Quliyevin həyat və yaradıcılığını əks etdirən video slayd ilə davam etdirildi.

    Daha sonra görkəmli bəstəkarın rəngarəng və çoxşaxəli yaradıcılıq irsini bir daha yada salmaq üçün məruzələrə keçid alındı. Məruzə ilə çıxış etmək üçün ilkin olaraq, uzun illər Tofiq Quliyev yaradıcılığı ilə məşğul olmuş və məhz bu mövzuda sənətşünaslıq üzrə fəlsəfə doktorluğunu müdafiə etmiş, BMA –nın böyük elmi işçisi Mehparə Rzayevaya söz verildi. Tofiq Quliyev yaradıcıclığına dərindən bələd olan məruzəki olduqca lakonik və eyni zamanda da, bəstəkarın ümumi yaradıcılıq irsini əhatə edən ətraflı məruzə ilə cıxış etdi.

    İlk məruzədən sonra söz musiqiyə verildi və bəstəkarın ölməz əsərlərindən olan “Sənə dəqalmaz”, “Əziz Surət” mahnıları səsləndi. Onu da qeyd edək ki, hər məruzədən sonra musiqi numunələrinin canlı olaraq ifa edilməsi tədbirə xüsusi abu-hava bəxş edirdi. Məruzəçilərdən Humanitar Kollecin müəllimlərini xüsusilə vurğulamaq istərdik. Ömərova Günel və Əminə İlham öz məruzələrində T.Quliyevin musiqi dünyasını araşdıraraq dəqiq faktların verilmələri ilə diqqəti cəlb etdilər. Məruzəçilərin hər biri bəstəkarın yaradıcılığının müxtəlif sahələrini işıqlandıraraq maraqlı çıxışlar etdilər.
    Ümumilikdə konfransda məruzələrlə yanaşı olduqca rəngarəng musiqi nömrələrinə də geniş yer verilmişdir: tarda “Axşam oldu” mahnısının və “Qaytağı” fortepiano əsərinin ifası, “Əziz dost”,”Qızıl üzük” və s. kimi əsərlərin səslənməsi kofransa xüsusi rəng qatırdı. Xüsusilə qeyd edək ki, həm tarda, həm də vokal nömrələr kollecin tələbələri tərəfindən ifa edilirdi. Bundan əlavə BMA-nın magistraturasının II kursunda təhsil alan Aydan Quliyeva da musiqi nömrələri ilə çıxış edərək tədbiri daha da rəngarəng etdi.

    Sonda isə əlbətdə ki, söz fəxri qonaqlara verildi. Çıxış edən professor, sənətşünaslıq doktoru Tamilla Kəngərlinskaya və sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə konfransın təşkilinə və dəvət olunduqlarına görə K.Xankişiyevaya öz minnətdarlıqlarını bildirdilər və bəstəkar, dirijor, pianoçu, ictimai xadim T.Quliyeva haqqında öz təəsuratları ilə bölüşdülər. Bəstəkarın Azərbaycan musiqisinə bəxş etdiyi tövhədən və ürəklərdə yaşan musiqisindən söz açdılar.

    Daha sonra söz verildi BMA-nın elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş elmi işçi, dosent Nuridə İsmayılzadəyə. Nuridə İsmayılzadə konfransın təşkilindən məmnun qaldığıni və belə tədbirlərin daim keçirilməsinin tərəfdar olmasını vurğuladı. Qeyd etdi ki, Azərbaycan mədəniyətinin, klassik musiqisinin müasir gənclər arasında təbliğatı olduqca vacibdir və biz BMA-sının əməkdasları olaraq bu istiqamətdə gənclərə daim dəstək verməyə hazırıq.

    Sonda isə onu qeyd etmək istərdik ki, Bakı Humanitar Kollecində Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr edilmiş elmi praktiki konfrans xüsusi zövqlə hazırlanmış və bəstəkarın yaradıcılığının müxtəlif sahələri işiqlandırılmışdır. Konfransda iştirak edən hər bir kəs, ecazkar bəstəkar Tofiq Quliyev musiqi dünyasının nurunun işığına yığışmışdı.