27-28 noyabr 2017-ci il
27-28 noyabr 2017-ci il tarixində Bakı Musiqi Akademiyasının konfrans zalında Macaristan F.List Akademiyasının “Musiqi və İncəsənət” fakültəsinin müəllimi Keresteş Nora DLA “Kodai-nin prinsipləri əsasında musiqi nəzəriyyəsinin (harmoniya) öyrədilməsi” mövzusunda mühazirə-seminar keçirtmişdir.
İki gün keçirilən seminarın birinci hissəsi Z.Kodai və onun şagirdləri tərəfindən hazırlanmış musiqinin tədrisi metodikasına həsr edilmişdi. N.Keresteş tərəfindən bu metodun əsas nəzəri aspektlərinə və onun fəlsəfi konsepsiyasına baxılmışdı. Həmçinin mühazirəçi təəfindən bu sistemin inkişafı tarixinə ekskurs verilmiş, musiqi təhsilinin müxtəlif səviyyələrində onun aprobasiyaları təqdim edilmişdir. Sonra müxtəlif solfecioetmə sistemlərinə, o cümlədən «Фиксированное До» (Fixed Do Solfege), «Параллельное подвижное До» (Parralel Moveable Do Solfege), «Относительное подвижное До» (Relative Moveable Do System), hecaların yerinə saylardan (birdən yeddiyə qədər) istifadə metoduna baxılmışdı.
Bu sistemlərin müzakirəsi Z.Kodai metodunu, onun yaranma tarixini və başqa sistemlərlə əlaqəsini anlamağa daha yaxşı imkan verdi.
Daha sonra, Kerven sisteminə əsaslanan Z.Kodainin solfecioetmə sisteminə daha ətraflı baxılmışdı. Bakı Musiqi Akademiyasının tələbə və müəllimləri bu sistemin nəzəri tərəfi ilə tanış olduqdan sonra, seminarın praktik hissəsi izlənildi. Praktik tapşırıqlar özündə kiçik məşqləri, həmçinin mürəkkəb tapşırıqları birləşdirmişdi. Diqqətəlayiqdir ki, əsas tapşırıqlar İ.S.Baxın "Музыкального приношения" əsərindən mövzuya əsaslandırılmışdı. Məhz Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin intensiv praktikası nəticəsində Z.Kodai metodunun aləminə daxil olmaq və onu anlamaq daha yaxşı mümkün oldu.
Seminarın ikinci günüdə əsas diqqət harmoniyanın tədrisində Z.Kodai metodunun tətbiqinə ayırılmışdı. Eyni zamanda burada harmoniya kursundan müxtəlif mövzuların tədrisinin ardıcıllığına baxılmışdı.
Birinci gündə olduğu kimi seminarın ikinci günündə də praktik hissə tələbə və müəllimlərə bu metodu daha dərin öyrənməyə icazə verdi.
Öz növbəsində, BMA müəllimləri N.Keresteşi Azərbaycanın musiqi təhsili sistemində tətbiq edilənin metodikayla da tanış etmişdilər. N. Keresteş prof. Cəmilə Həsənova tərəfindən Bakı Musiqi Akademiyasının tələbələrinə tədris etdiyi "Azərbaycan xalq musiqisinin əsasları", həmçinin dosent Nigar Rəhimovun “Solfecio” sinfində keçirilən mühazirələrdə iştirak etmişdir.. “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimləriylə yanaşı (prof. G. Mahmudova, L. Dadaşova, T. Süleymanova) “Musiqi tarixi” kafedrasının müəllimləri də − prof. Ü. İmanova, prof. K. Nəsirova, İ. Pazıçeva − seminarın gedişatında aktiv iştirak etmişdilər.