• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 dekabr 2017-ci il

    6 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev konfrans zalında Macarıstanın Azərbaycandakı Səfirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Macar bəstəkarı Z.Kodainin 135 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

    Bakı Musiqi Akademiyasının xarici işlər üzrə prorektoru Yeganə Axundova ön sözlə çıxış edərək hörmətli qonaqları, o cümlədən Macarıstanın azərbaycandakı səfiri, səfirliyin nümayəndə heyətini salamlayır, Macarıstan-Azərbaycan mədəni əlaqələrindən danışır və konfransı açıq elan edir. Daha sonra Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının professoru Könül xanım Nəsirova macar bəstəkarı Z.Kodai haqqında geniş məruzə ilə çıxış etmişdir. O, bəstəkarın yaradıcılığının vacib məqamlarını işıqlandırır, bəzi əsərlərinin mühüm xüsusiyyətlərini qeyd edir, folklorun aparıcı rolu haqqında geniş danışaraq bir sıra maraqlı məqamlara toxunur.

    Mühazirədən sonra magistr II kurs tələbəsi Tofiq Şıxıyev və “Fortepiano” fakültəsinin III kurs bakalavr tələbəsi Atabala Manafzadə Z.Kodai yaradıcılığından “6 pyes” məcmuəsini ifa etmişdilər.

    Sonda Macarıstan səfiri və səfirliyin nümayəndəsi çıxış edərək, xoş təəssüratlarını qeyd etmişdilər.