• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 dekabr 2017-ci il

    4 dekabr 2017-ci iltarixində “Ali Təhsil və İqtisadi İnkişaf: İnnovasiya, Sahibkarlıq və Universitetlərin Maliyyə Davamlılığı” üzrə simpozium keçirilib.

    Simpoziumda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə birinci prorektor, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva, BMA-nın elmi katibi, professor, sənətşünaslıq namizədi Leyla Məmmədova, fortepiano fakültəsinin dekanı, professor,Əməkdar müəllim,sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi, ifaçılıq fakültəsinin dekanı professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadə, tarix-nəzəriyyə fakültəsinin dekanı professor, sənətşünaslıq doktoru Gülzar Mahmudova və magistratura pilləsinin dekanı professor, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi Şəhla Həsənova iştirak ediblər.Simpoziumda Ali təhsil ocaqlarında İqdisadi inkişaf üzrə innovasiya və universitetlərin maliyyə davamlılığı mövzularında fikirlər müzakirə olunub.